Sabunçunun qəsəbələrinə gedən yolların təmiri üçün 7,5 milyon manat ayrıldı

Sabunçu rayonu, Əmir Bağırov küçəsi, Foto: Meydan TV

İki il əvvəl də bu rayonun yollarının təmirinə xərc çəkilib

Bakı şəhərinin Sabunçu rayonu ərazisində avtomobil yollarının təmiri üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 7,5 milyon (yeddi milyon beş yüz min) manatı ayrılıb.

Prezident İlham Əliyev iyulun 27-də bununla bağlı sərəncam imzalayıb.

Sənədə əsasən, Sabunçu rayonunun Bakıxanov, Kürdəxanı, Maştağa, Ramana və Sabunçu qəsəbələri ərazisində avtomobil yolları yenidən qurulmalıdır.

Prezidentin sərəncamı ilə 2020-ci ildə də Sabunçu rayonundakı yolların təmiri üçün Avtomobil Yolları Dövlət Agentliyinə 3 milyon manat ayrılmışdı.

Agentliyin məlumatına görə, həmin vəsaitlə Pirşağı, Zabrat, Ramana və Maştağa qəsəbələri ərazisində ümumi uzunluğu 20 km olan daxili küçə və yollarda əsaslı təmir işləri həyata keçirilib. Ümumilikdə təmir işlərinin əhatə etdiyi sahə 110 min kv.m-dən çoxdur.

Ana səhifəXəbərlərSabunçunun qəsəbələrinə gedən yolların təmiri üçün 7,5 milyon manat ayrıldı