Bu gün, dekabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev haqqında açılmış cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Prosesə hakim Fəxri Məmmədov sədrlik edib.
Hakim Məmmədovun sədrliyi ilə keçirilən məhkəmədə sabiq rektora qiyabi hökm oxunub.
Belə ki, hökmə əsasən Elşad Abdillayev 15 il müddətinə azadlıqdan məhrum edilib.
İyunun 2-də Elşad Abdullayevə qarşı isə Cinayət Məcəlləsinin 311.1 (rüşvət alma), 213.1 (vergidən yayınma), 130.1 (insan orqanının transplantasiya məqsədilə qanunsuz götürülməsi) ittihamları irəli sürülüb.