Sabiq polis əməkdaşı həbs olundu

Narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən şəxslərə hökm oxunub

Source:


Narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən şəxslərə hökm oxunub

İyunun 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən sabiq polis inspektoru Samir Feyzullayev, Əlizamin Bayramov və Samir Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Meydan TV-nin məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Təqsirləndirilən şəxslərin hər biri 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

2017-ci ilin əvvəlində Cəlilabad rayon Polis Şöbəsinin əməliyyat üzrə inspektoru Samir Feyzullayev Bakıda Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. Onun üzərindən 1 kq heroin götürülüb. Daha sonra onun tanışları – Ə. Bayramov və S. Əliyev də eyni ittiham üzrə həbs olunublar. Araşdırmalar zamanı onların narkotik vasitələrin alveri ilə məşğul olduqları məlum olub. Onlar Cinayət Məclləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma) maddəsinə əsasən ittiham olunublar.

Ana səhifəXəbərlərSabiq polis əməkdaşı həbs olundu