Sabiq müstəntiqin apellyasiya şikayəti təmin olunmadı

Rüfət Səfərov 9 il müddətinə azadlıqdan məhrum edilib

Source:
Rüfət Səfərov sosial şəbəkə


Rüfət Səfərov 9 il müddətinə azadlıqdan məhrum edilib

Şirvan Apellyasiya Məhkəməsi Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərovun barəsində çıxarılan hökmü qüvvədə saxlayıb.

Məhkəmə vəkil Bəhruz Bayramovun şikayətini təmin etməyib.

Bu barədə məlumatı APA yayıb.

Sabiq müstəntiq, Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlunun oğlu Rüfət Səfərov sentyabrın 8-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilib.

Ana səhifəXəbərlərSabiq müstəntiqin apellyasiya şikayəti təmin olunmadı