Sabiq deputatın oğluna hökm oxunub

Allahşükür Paşazadənin qohumu 3 il müddətinə azadlıqdan məhrum edilib

Source:


Allahşükür Paşazadənin qohumu 3 il müddətinə azadlıqdan məhrum edilib

Nəsimi rayon Məhkəməsində sabiq deputat Hacı Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadənin cinayət işi üzrə məhkəmə iclası davam edib.

Hakim Şəlalə Həsənovanın sədrlik etdiyi iclasda elan edilən hökmə əsasən Ə.Salahzadə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Prokuror müttəhimin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Zərərçəkmiş Elbəy Mirzəyev hər hansı şikayət və tələbinin olmadığını deyib və şikayət ərizəsini geri götürüb.

Ə.Salahzadə bir müddət əvvəl həbs edilib. Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla onun barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Ə.Salahzadə “Azərsu” əməkdaşı olan Elbəy Mirzəyevi döyməkdə təqsirli bilinir.

Qalib Salahzadə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qudasıdır.

Ana səhifəXəbərlərSabiq deputatın oğluna hökm oxunub