Sabahdan Avropa Gürcüstana qapılarını açır

Gürcüstan vətəndaşları Avropaya vizasız gedəcəklər

Source:
Pressa Ukrainı

Sabah Avropa İttifaqı Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğv edilməsi barədə yekun qərar qəbul edəcək.

 “Pressa Ukrainı”nın məlumatına görə, bu məsələ Avropa İttifaqı Şurasının fevralın 27-də keçiriləcək iclasının gündəliyinə salınıb.

 Qərar martın sonlarında qüvvəyə minəcək. Ukraynaya münasibətdə viza rejiminin liberallaşdırılması ilə bağlı müzakirələr fevralın 28-də davam etdirilməlidir. Avropa Parlamentində səsvermədən və Avropa İttifaqı Şurasının təsdiqləməsindən sonra Ukrayna vətəndaşları üçün vizasız rejim bir neçə ay sonra qüvvəyə minəcək.

Qeyd edək ki, Avropa ölkələrinə vizasız gediş-gəlişdən Gürcüstan vətəndaşı olan azərbaycanlılar da faydalana biləcəklər. Son statistikaya görə, Gürcüstanda 233 min azərbaycanlı yaşayır.

Ana səhifəDünyaSabahdan Avropa Gürcüstana qapılarını açır