O, ittihamı qəbul etmir və həbsini peşə fəaliyyəti ilə izah edir
Dekabrın 11-də Bakı Apellyasiya Məhkəməsində hakim Abid Abdinbəyovun sədrliyi ilə Azadlıq Radiosunun əməkdaşı, araşdırmaçı jurnalist Xədicə İsmayılovanın apellyasiya şikayətinə baxılacaq.
Apellyasiya şikayəti Səbayel Rayon Məhkəməsinin onun barəsində çıxardığı 2 aylıq həbs qətimkan tədbirindən verilib.
X. İsmayılovaya qarşı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) ittiham irəli sürülüb. O, jurnalist Tural Mustafayevin ərizəsi əsasında həbs olunub.
X.İsmayılova ittihamı qəbul etmir və həbsini peşə fəaliyyəti ilə izah edir.