Rüşvət almaqda şübhəli bilinən polis əməkdaşı işdən çıxarılıb

Yük maşını sürücülərindən “post pulu” alan polislə bağlı nazir əmr verib

Source: Meydan.TV


Yük maşını sürücülərindən “post pulu” alan polislə bağlı nazir əmr verib

Yol Patrul Xidməti Alayının əməkdaşı, polis baş serjantı Vüqar Mehdiyev daxili işlər orqanlarında xidmətdən xaric edilib.

Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyevin “APA” agentliyinə verdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri Vilayət Eyvazov əmr verib.

Vüqar Mehdiyev rüşvət almaqda şübhəli bilinir.

Bir müddət öncə Meydan TV-də, sosial şəbəkələrdə yol polisinin yük maşınlarının sürücülərindən rüşvət istəməsi barədə video yayılmışdı. Görüntülərdə yük maşınlarının sürücülərindən “postun pulu” adı ilə 10 manat istəyən YPX əməkdaşı əks olunub.

(embedded content removed)

Ana səhifəSosialRüşvət almaqda şübhəli bilinən polis əməkdaşı işdən çıxarılıb