Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin 37-ci günü: yenilənən xəbərlər

Xarkov. Meydan TV

“Ukrayna 28 yaşayış məntəqəsini azad edib”

Ukrayna ordusunun Polesski və Siverski istiqamətlərində 28 yaşayış məntəqəsini azad etdiyi bildirilir.

Bu barədə Ukrayna silahlı qüvvələrinin Baş Qərargahı “Facebook” səhifəsində məlumat yayıb.

Bildirilib ki, Polesskidə 15, Siverskidə isə kənd və qəsəbə vardı.


“Ukraynada hava və raket zərbələri təhlükəsi hələ də qalır”

Rusiya ordusu Ukraynanın Çerniqov vilayətini tərk etsələr də, raket və hava zərbələri təhlükəsi qalmaqdadır”.

Bunu Çerniqov vilayətinin rəhbəri Vyaçeslav Çaus “Telegram” kanalında yayıb.

Çerniqov vilayəti. Foto: Reuters

Silahlı qüvvələrimizin sayəsində düşmən Çerniqov vilayətindən geri çəkilir. Niyə bunu edir, yalnız özü bilir. Amma ümid edirəm ki, Rusiya ordusu həmişəlik ayrılacaq”, – deyə Çaus bildirib.


“Raket zərbəsi 28 nəfərin həyatına son qoydu”

Rusiya hərbçilərinin Nikolayev Vilayət Dövlət Administrasiyasının binasına raket hücumu nəticəsində ölənlərin sayı 28-ə çatıb.

Məlumatı Dövlət Fövqəladə Hallar Xidmətinin Nikolayev vilayəti üzrə Baş İdarəsinin nümayəndəsi İlyana Patsyuk yayıb.

Nikolayev şəhər hərbi administrasiyası. Foto: Yerli administrasiya

“Nikolayev Vilayət Dövlət Administrasiyasının binasına raket düşməsi nəticəsində 28 nəfər həlak olub, 27 nəfər xilasedicilər tərəfindən dağıntılar altından çıxarılıb”, – Patsyuk bildirib.

Hadisə martın 29-da baş verib.

9 mərtəbəli administrasiyanın mərkəzi hissəsi tamamilə dağılıb.


Ukrayna Rusiyanın neft bazasını partladıb

Aprelin 1-də səhər saat 5.51-də Ukrayna silahlı qüvvələrinə məxsus iki helikopter Rusiyanın Belqorod vilayətindəki neft bazasını hava zərbəsi ilə partladıb.

Bu barədə vilayət qubernatoru Vyaçeslav Qladkov Telegram kanalında məlumat yayıb.

Qubernator insan itkisi ölmadığını bildirib:

2 fəhlə xəsarət alıb, onlara ilkin tibbi yardım göstərilib, həyatlarına heç bir təhlükə yoxdur. Yanğın səbəbindən müəssisənin yaxınlığındakı 3 küçədəki evlərin sakinləri köçürülür. Hazırda Bazada səkkiz su anbarı yanır”.

Mənbə: Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti

Rusiya Müdafiə Nazirliyi müharibə başlayandan Ukrayna silahlı qüvvələrinin 353 pilotsuz uçuş aparatını, 1839 tankını və 202 reaktiv yaylım atəşini məhv etdiyi barədə məlumat yayıb.

Ümumilikdə, 124 təyyarə və 81 helikopter, 353 pilotsuz uçuş aparatı, 1839 tank və digər zirehli döyüş texnikası, 202 MLRS, 773 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 1711 ədəd xüsusi təyinatlı ordu nəqliyyat vasitələri vurulub”, – deyə nazirlik bildirib.


“Qarşıdakı həftələrdə Ukrayna üçün “çox çətin olacaq”

Rusiya Prezidenti Vladimir Putinin bütün Ukraynanı ələ keçirmək məqsədi iflasa uğradı və o bir çox cəhətdən artıq uduzub”.

Bunu martın 31-də Böyük Britaniyanın Müdafiə Qərargahının rəisi, admiral Toni Radakin Hökumət İnstitutunun analitik mərkəzində çıxışı zamanı bildirib.

Ancaq admiral Böyük Britaniyanın Rusiyanın Kiyevdən qoşunların çıxarılması ilə bağlı bəyanatlarına “çox ehtiyatlı” yanaşdığını əlavə edib:

Toni Radakin. Mənbə: BBC

Kremlin səylərini Ukraynanın şərqinə və cənubuna yönəltməyə hazırlaşdığına dair işarələr var. Həmin qüvvələrin Kiyevdən çəkilərək Rusiya və Belarusa doğru geri çəkildiyinin ilk əlamətləri görünür. Bu, özlüyündə Rusiya üçün çətin bir təkamüldür, çünki onlar bunu toqquşmada edirlər. Çünki Ukrayna Silahlı Qüvvələri Rusiya qüvvələrinə hücum edəcək”.

Toni Radakin: “Qarşıdakı həftələrdə Ukrayna üçün çox çətin olacaq”, – deyə xəbərdarlıq edib.


Xatırlatma

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Ana səhifəRedaktor seçimiRusiyanın Ukraynaya hərbi müdaxiləsinin 37-ci günü: yenilənən xəbərlər