Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin 33-cü günü: yenilənən xəbərlər

Ukrayna. Foto: Reuters

İrpinin Rusiya işğalçılarından azad edildiyi bildirilir

Kiyev vilayətinin İrpin şəhəri Rusiya işğalçılarından azad edilib”.

İrpin. Foto: Polis rəisi İqor Klimenko

Bu barədə şəhərin meri Aleksandr Markuşin açıqlama verib.

İrpen şəhəri martın 7-də işğal olunmuşdu.


Rusiya dost olmayan ölkələrin vətəndaşlarının girişinə qadağa qoyur

Rusiya dost olmayan ölkələrin vətəndaşlarının ölkəyə girişinə məhdudiyyətlər tətbiq edəcək”.

Bunu xarici işlər naziri Sergey Lavrov deyib.

XİN rəhbəri bildirib ki, hazırda layihə hazırlanır.

Sergey Lavrov
Source: Meydan TV

Qısa zamanda Prezident Vladimir Putinin sərəncamı şəklində rəsmiləşdiriləcək.

Lavrov əlavə edib ki, ABŞ və müttəfiqləri “açıq-aşkar” Rusiyaya total hibrid müharibəsi elan ediblər.

“Qərb bu qarşıdurmanın məqsədini gizlətmir – “Rusiya iqtisadiyyatını məhv etmək, daxili siyasi sabitliyi pozmaq və son nəticədə Rusiyanı xeyli zəiflətmək istəyir”, – nazir deyib.


G-7 ölkələri rubldan imtina etdilər

G-7 ölkələri Rusiya qazını rublla almaqdan imtina ediblər.

Bu barədə Almaniyanın energetika naziri Robert Habeck “Associated Press” agentliyinə deyib.

Robert Habeck jurnalistlərə deyib ki, rublla ödəniş qəbuledilməzdir: “Biz şirkətləri Rusiya Prezidenti Vladimir Putinin tələbinə əməl etməməyə çağıracağıq”.

Foto: Igor Litvyak/Shutterstock

V.Putin ötən həftə Rusiyanın “dost olmayan” ölkələrdən təbii qazın ödənişini bundan sonra yalnız yerli valyuta ilə tələb edəcəyini açıqlamışdı.

O, ölkənin mərkəzi bankına təbii qaz alıcılarının Rusiyada rubl əldə etmələri üçün prosedur hazırlamağı tapşırıb.


Rusiyanın 47 incəsənət xadiminə sanksiya tələb olunur

Ukraynanın Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyi hərbi əməliyyatlara dəstək verdiyi üçün Rusiyanın 47 aktyor, musiqiçi, müğənni və teleaparıcıslna qarşı sanksiya tətbiq olunmasını təklif edib.

Siyahıda müğənnilər Nikolay Baskov, Dmitri Bilan, Polina Qaqarina, Oleq Qazmanov, Denis Vaynşteyn (Ciqan), Larisa Dolina, Sergey Jukov, Qriqori Leps, Nikolay Rastorquev, Timur Yunusov (Timati), rejissor Nikita Mixalkov var.

Rusiyaya qarşı sanksiyalar. Foto: Anton Petrus/shutterstock

Nazirlər Kabinetinin təklifi təsdiqlədiyi qeyd edilir.

Ukrayna Milli Təhlükəsizlik Nazirliyi, Müdafiə Şurası ilə Prezident Volodimir Zelenski qərarla razılaşsa, həmin sənətçilər qara siyahıya salınacaq.


Novaya qazeta” fəaliyyətini dayandırdı

Novaya qazeta” Rusiyanın Ukraynaya qarşı savaşı bitənə qədər fəaliyyətini dayandırıb.

Səbəb kimi Rusiyanın mediaya nəzarət orqanı olan “Roskomnadzor”dan növbəti xəbərdarlıq almaları göstərilib.

Foto: https://www.dw.com/

Bu barədə qəzetin redaktorları açıqlama yayıblar.

Bundan sonra biz qəzetin internet saytında, şəbəkələrdə və kağız üzərində nəşrini dayandırırıq – “Ukrayna ərazisində xüsusi əməliyyat” başa çatana qədər”, – deyə redaktorlar bildirib.


“160 minə yaxın insan mühasirədədir”

“Hazırda Mariupolda 160 minə yaxın mülki şəxs var”.

Bunu Mariupol şəhərinin meri Vadim Boyçenko informasiya telemarafonunun efirində deyib.

Mer təəssüflənir ki, hələ də Mariupol şəhərində kifayət qədər insan var:

“Bu rəqəm tam olaraq 100 min nəfər üçündür. Bizim hesablamalarımıza görə, 160 minə yaxın insan mühasirədə olan Mariupol şəhərindədir”.

Mariupul. Foto: rospoint/shutterstock

“İnsanlar yaşamaq mümkün olmayan şəhərdə qalırlar, heç nə yoxdur: su, işıq, istilik, əlaqə… Bu, Rusiyanın Ukrayna xalqına, Mariupol əhalisinə qarşı soyqırımıdır”, – deyə o bildirib.

Eyni zamanda, Boyçenko əlavə edib ki, Rusiya tərəfi Mariupoldan dəhliz açmaqdan danışanda “qeyri-qanuni oyun gedir”, amma əslində bu dəhlizə imkan vermirlər.


“Oskar”ın təqdimatında Ukraynada həlak olanlar bir dəqiqəlik sukutla yad olunub

Los-Ancelesdə “Oskar” kino mükafatının təqdimatında Ukraynadakı hərbi münaqişə ilə əlaqədar bir dəqiqəlik sükut elan edilib.

Mərasimin yarısında yayım kəsilib, ekrana Ukrayna xalqına dəstək şüarı gəlib.

“Bir dəqiqəlik sükut elan etməklə, öz sərhədləri daxilində işğala, münqaişəyə məruz qalmış Ukrayna xalqına dəstəyimizi nümayiş etdirmək istəyirik. Kino – münaqişə dövründə humanistliyimizi ifadə etmək üçün vacib bir yoldur. Lakin reallıq budur ki, Ukraynada milyonlarla ailənin qidaya, təmiz suya və tibbi yardıma ehtiyacı var. Resurslar azdır. Biz birlikdə böyük işlər görə bilərik. Sizdən Ukraynaya bacardığınız qədər dəstək verməyinizi xahiş edirik”, – şüarda qeyd olunub.

Oskar
Source: Oscar

Eyni elan mərasimin keçirildiyi “Dolby” teatrının ekranlarında da görünüb.

Ardınca ekranlara Ukraynada insanların ehtiyacı olan vacib əşyaların siyahısı gəlib.

Tədbir zamanı Rusiyanın Ukraynaya hərbi əməliyyatı ilə bağlı hər hansı fikir səsləndirilməyib.

Ukrayna Prezidenti Volodimir Zelenskinin “Oskar”ın təqdimatında hərbi münaqişə ilə əlaqədar video-müraciət etmək istəməyi ilə əlaqədar Amerikanın Hərəkətli Şəkil Sənətləri və Elmləri Akademiyası ilə danışıqlar apardığı bildirilir.

Akademiya məlumatla bağlı şərh verməkdən imtina edib.


Ukraynada hər gün 1 dəqiqəlik sükut keçiriləcək

Martın 28-də Ukraynada Rusiyanın hərbi təcavüzü nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski 143/2022 saylı fərman imzalayıb.

Mariupul. Foto: Reuters

Fərman martın 16-dan qüvvəyə minib.

Fərmana əsasən, hər gün səhər saat 9:00-da sükut dəqiqəsi keçiriləcək: “Ukraynanın dövlət suverenliyi və ərazi bütövlüyünün müdafiəsi istiqamətində döyüş tapşırıqlarını yerinə yetirərkən həlak olmuş əsgərlərin, mülki şəxslərin xatirəsi, vətəndaş cəsarəti və fədakarlığı, mətanəti və qəhrəmanlıqları ehtiramla yad ediləcək”.


“143 uşaq ölüb, 216 nəfər yaralanıb”

“Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri 143 uşaq ölüb, 216 uşaq yaralanıb”.

Foto: Reuters

Bunu Ukrayna Ali Radasının insan hüquqları üzrə komissarı Lyudmila Denisova “Telegram” kanalında yayıb.


Rusiya Ukraynanın 5 təyyarəsini vurub

Rusiya aviasiyası son sutkada Ukraynanın 36 hərbi obyektini vurub.

Bu barədə Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

General-mayor əlavə edib ki, Rusiya əməliyyat-taktiki aviasiya və raket qüvvələri Ukrayna hərbi texnikasının cəmləşdiyi 23 ərazini məhv edib.

Onun sözlərinə görə, Rusiya aviasiya və hava hücumundan müdafiə qüvvələri dünən Ukrayna Silahlı Qüvvələrinə məxsus 5 təyyarəni vurub.



Xatırlatma

Rusiya fevralın 24-də Ukraynaya hücum edib.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Ana səhifəRedaktor seçimiRusiyanın Ukraynaya hərbi müdaxiləsinin 33-cü günü: yenilənən xəbərlər