Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin 103-cü günü: yenilənən xəbərlər

Kiyev. Foto: Reuters

Ukraynada 7 min km dəmir yolu zədələnib

Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində yeddi min kilometr dəmir yolu xətləri zədələnib.

İyunun 5-də isə Kiyevdə avtomobil təmiri zavodu raket hücumlarına məruz qalıb.

Rusiyanın Müdafiə Nazirliyi Şərqi Avropa ölkələrinin tədarük etdiyi T-72 tanklarını və müəssisənin binalarında yerləşən zirehli texnikanı zərbənin hədəfi adlandırıb.“Ukrayna Dəmir Yolu” Səhmdar Cəmiyyətinin rəhbərliyi isə zavodun ərazisində hərbi texnikanın olmadığını bəyan edir.

Mənbə: “gosnovosti.com”

“Rusiya bizim dəmir yolu infrastrukturumuzu məhv etməyə çalışır və vaqonların, xüsusən də taxıl daşıyanların təmiri infrastrukturun bir hissəsidir. Bunu geniş kontekstdə başa düşmək də vacibdir, çünki Rusiya qoşunları yarımstansiyalarımıza dəfələrlə hücum edib “, – deyə Səhmdar Cəmiyyətin Müşahidə Şurasının rəhbərinin müavini Sergey Leşçenko deyir.

İnfrastruktur Nazirliyinin hesablamalarına görə, ölkədə 21 dəmir yolu stansiyası və 49 dəmir yolu körpüsü dağıdılıb. Ümumilikdə Ukrayna iqtisadiyyatına 600 milyard dollar ziyan dəyib.


Kreml üç Şərqi Avropa ölkəsini “düşmən” adlandırdı

Kreml üç Şərqi Avropa ölkəsinin Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Serbiyaya uçmasına mane olmasını “düşmən hərəkəti” kimi qiymətləndirib.

Lavrov iyunun 6-da Belqradda Serbiya prezidenti Aleksandr Vuçiçlə danışıqlar aparmalı idi. Lakin Serbiya ətrafındakı ölkələr – Bolqarıstan, Şimali Makedoniya və Monteneqro onun təyyarəsi üçün hava məkanını bağladıqdan sonra səfərini ləğv etmək məcburiyyətində qalıb.

Moskva, Baturina Yuliya/shutterstock

Lavrov onun təyyarəsinin qarşısını almaq üçün atılan addımı “görünməmiş hadisə” adlandırıb.

Bunun əvəzinə serb həmkarını Moskvaya səfərə dəvət edəcəyini bildirib.

O, jurnalistlərə açıqlamasında belə deyib: “Əgər Rusiya xarici işlər nazirinin Serbiyaya səfəri Qərbdə ümumbəşəri miqyasda təhlükəyə yaxınlaşan bir şey kimi qəbul edilirsə, o zaman Qərbdə vəziyyət olduqca pisdir”.


Nikolaevdə 1 nəfər ölüb, 29 nəfər yaralanıb

İyunun 6-da səhər saatlarında Nikolaevdəki binaların atəşə tutulması zamanı bir nəfər həlak olub, 29 nəfər yaralanıb.

Mənbə: Telegram

Bu barədə Nikolaev Regional Şurasının rəhbəri Anna Zamazeeva “Telegram” kanalında yazıb.

“Səhər saatlarından işğalçılar yenidən xaotik şəkildə Nikolayevi atəşə tutublar. Şəhərin müxtəlif yerlərində hərbi obyektlərin olmadığı yaşayış binaları hədəf olub. Yaralananlar və ölənlər var”, – deyə Zamazeeva bildirib.


Latviya Rusiyanın 80 telekanalına qadağa qoydu

Latviya Milli Elektron Media Şurası 80 Rusiya telekanalının yayımını qadağan edib.

Qərar iyunun 9-da qüvvəyə minəcək.

Bildirilib ki, Rusiya müharibəni dayandırıb Krımı Ukraynaya verənə qədər qərar qüvvədə qalacaq.

Latviya-Rusiya. Mənbə: danielo/shutterstock

Latviyanın yeni qanunvericilik normalarına əsasən, işğalçı ölkənin digər dövlətin ərazi bütövlüyünü təhdid edən proqramları orada işləyə bilməz.

Bundan əvvəl bildirilmişdi ki, Avropa İttifaqı Rusiyaya qarşı altıncı sanksiyalar paketi çərçivəsində Rusiyanın “Rossiya24”, “İnternational” televiziya mərkəzi, “RTR Planeta”nı kabel, peyk və internet yayımlarından ayıracaq.


Müharibə başlayandan Ukranada 32 jurnalist öldürülüb

Rusiyanın Ukraynaya qarşı başladığı müharibədə indiyə qədər 32 jurnalist öldürülüb.

Bunu Ukraynanın mədəniyyət və informasiya siyasəti naziri Aleksandr Tkaçenko “Telegram” kanalında yazıb.

Media, Foto: By zef art/Shutterstock

“Biz hibrid müharibə aparırıq, dünya tarixində ilk belə irimiqyaslı müharibədir və jurnalistlərin rolun bu gün əvəzsizdir. Sizin məsuliyyətiniz, fədakarlığınız, əzmkarlığınız və cəsarətiniz kimi”, – deyə Tkaçenko əlavə edib.

O qeyd edib ki, hazırda vahid xəbər marafonunun cəbhəsində çalışan müxtəlif media qruplarının jurnalistləri digər məsələlərlə yanaşı, danışıqlar aparmaq, əməkdaşlıq etmək bacarığını nümayiş etdirir.


Lavrovun təyyarəsinə hava dəhlizi qapanıb

Bolqarıstan, Şimali Makedoniya və Monteneqro Rusiyanın xarici işlər naziri Sergey Lavrovun təyyarəsi üçün hava dəhlizi verməkdən imtina edib.

Bu barədə Serbiyanın “Vecernje novosti” qəzeti iyunun 5-də məlumat yayıb.

Sergey Lavrov
Foto: Meydan TV

Nazir dünən Serbiyaya getməli imiş. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İtaliyanın La7 kanalına məlumatı təsdiqləyib.

O bildirib ki, Rusiya Nümayəndə heyətinin Belqradda danışıqlar aparması nəzərdə tutulurdu: “Avropa İttifaqı və NATO üzvləri öz hava məkanlarını bağlayıblar. Bu baxımdan rabitənin kəsilməsinin təşəbbüskarı Rusiya deyil, Qərbdir”.


Rusiya Ukraynadan taxılın çıxarılmasına icazə verib

Moskva, Kiyev və Ankara Ukrayna gəmilərinin taxılla Odessadan çıxması üçün ilkin sxemi razılaşdırıb.

Bildirilir ki, qonşu ölkənin ərazi sularında Türkiyə hərbçiləri minalardan təmizləmə ilə məşğul olacaq. Onlar həmçinin gəmiləri neytral sulara qədər müşayiət edəcəklər. Orada gəmilər ruslar qarşılayaraq onları Boğaza qədər müşayiət edəcək.

Ukrayna taxılı. Foto: Dobra Kobra/shutterstock

Bu barədə “İzvestiya”ya yüksək vəzifəli şəxs danışıb.

Onun sözlərinə görə, hələlik sxem yalnız Odessa üçün razılaşdırılıb: “Bütün Ukrayna taxılı indi Avropa İttifaqına dəmir yolu və avtobusla çatdırılır, lakin o, hələ son istehlakçılara çatmayıb”.

Türkiyə Parlamenti “İzvestiya”ya izah edib ki, Ankara bu əməliyyatda iştirak edir, çünki onun üçün dünya ərzaq problemini həll etmək vacibdir.


Xatırlatma

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

Ana səhifəRedaktor seçimiRusiyanın Ukraynaya hərbi müdaxiləsinin 103-cü günü: yenilənən xəbərlər