Rusiyanın müxalif lideri Boris Nemtsov öldürüldü (yenilənib)

Vəkil Vadim Proxorov Boris Nemtsovun bir neçə ay bundan qabaq ölümlə hədələndiyini bildirib

Rusiya prezidenti Vladimir Putin deyib ki, bu cür qəddar qətllər yalnız sifarişli olur

Source:


Vəkil Vadim Proxorov Boris Nemtsovun bir neçə ay bundan qabaq ölümlə hədələndiyini bildirib



Rusiya prezidenti Vladimir Putin deyib ki, bu cür qəddar qətllər yalnız sifarişli olur

Rusiya müxalifətinin liderlərindən olan Boris Nemtsov fevralın 27-də saat 23:40 radələrində Moskvada öldürülüb.

MeydanTV “Dojd” Televiziyasına istinadən xəbər verir ki, tanınmış müxalifət lideri 4 güllə yarasından dünyasını dəyişib.


Boris Nemtsov

un qatillərinin yaxalanması ilə bağlı “əməliyyat planı” tətbiq edilib. Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin xüsusi nümayəndəsi Yelena Alekseyeva bildirib. O, deyib ki, ilkin məlumata görə,

Boris Nemtsov

a atəş açılan zaman onun yanında Kiyevdən gəlmiş 1991-ci il təvəllüdlü, Ukrayna vətəndaşı, model Anna Duriçkaya olub.

Məlumatı “Life News” telekanalı yayıb.

“Naməlum şəxslər ağ rəngli avtomobildən

Boris Nemtsov

a bir neçə dəfə atəş açılıb. O, hadisə yerindəcə ölüb”,-deyə Alekseyeva bildirib.

Ölkənin daxili işlər naziri Vladimir Kolokoltsev və Moskva Baş Polis İdarəsinin rəisi Anatoli Yakuninin hadisə yerinə gəliblər.

Rusiya İstintaq Komitəsinin xüsusi nümayəndəsi Vladimir Markin baş vermiş cinayətlə bağlı açıqlama verib. ”

Boris Nemtsov

a naməlum şəxslər 7-8 dəfə atəş açıblar. Faktla bağlı cinayət məcəlləsinin “Qəsdən adam öldürmə” və “Qanunsuz silah gəzdirmə” maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır”,-deyə Markin söyləyib.

İstintaq Komitəsinin xüsusi nümayəndəsi Boris Nemtsovun fevralın 27-də Kiyevdən Moskvaya gəldiyini deyib.

Rusiya mətbuatı yazır ki, Boris Nemtsov bu ərəfədə sosial şəbəkələrdən hədələr də alıb. Məlumatı müxalifət liderinin ailəsinin vəkili Vadim Proxorov yayıb. Vəkil deyib ki, mərhum Nemtsovun ünvanına sosial şəbəkələrdə bir neçə ay bundan əvvəl hədələr gəlib: “Biz hətta bu barədə müraciət də etdik, lakin heç bir reaksiya olmadı”. Vəkil Boris Nemtsovun bir neçə ay bundan qabaq ölümlə hədələndiyini də əlavə edib.

Ancaq hüquq-mühafizə orqanları Boris Nemtsova qarşı hədələrlə bağlı heç bir müraciətin daxil olmadığını bildiriblər.

Olayı təxribat adlandıran Rusiya prezidenti Vladimir Putin deyib ki, bu cür qəddar qətllər yalnız sifarişli olur (Euronews).

Rusiyanın tanınmış müxalifət lideri Boris Nemtsovun qətlə yetirilməsi ilə bağlı ölkə müxalifəti martın 1-də birgə matəm mitinqi keçirməyi planlaşdırır. Bu barədə İnterfaks agentliyi məlumat yayıb.

Hadisə yerindən fotoları sizə təqdim edirik

Ana səhifəXəbərlərRusiyanın müxalif lideri Boris Nemtsov öldürüldü (yenilənib)