Rusiyanın iqtisadi inkişaf naziri rüşvət alarkən həbs olundu (yenilənib)

Aleksey Ulyukayev 2013-cü ildən iqtisadi inkişaf naziri vəzifəsində çalışırdı

Source:
Aleksey Ulyukayev foto lenta.ru
Aleksey Ulyukayev foto lenta.ru


***


Basman məhkəməsi Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev haqqında 2 aylıq ev dustaqlığı qərarı çıxarıb. Məhkəmə sessiyasının gedişi zamanı Ulyukayev 2 milyon dollar rüşvət aldığına dair iddianı rədd edib.


Prezident V.Putin Aleksey Ulyukayevun istefaya göndərilməsi haqqında sərəncam imzalayıb. Nazir vəzifəsini müvəqqəti Yevgeniy Yelin daşıyacaq.


***


Aleksey Ulyukayev 2013-cü ildən iqtisadi inkişaf naziri vəzifəsində çalışırdı

Rusiya İstintaq Komitəsi ölkənin iqtisadi inkişaf naziri Aleksey Ulyukayevə qarşı cinayət işi açıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, nazir artıq saxlanılıb, ona qarşı həbs qətimkan tədbiri seçiləcəyi gözlənilir.

İstintaq Komitəsinin məlumatına görə, A. Ulyukayev “Rosneft” şirkətinə “Başneft”-in aksiyalarını əldə etmək üçün verdiyi müsbət rəyə görə 2 milyon dollar məbləğində rüşvət alıb. Hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, nazir rüşvət alan zaman saxlanılıb. Hazırda faktla bağlı istintaq-əməliyyat tədbiri həyata keçirilir.


Lenta.ru

xəbər verir ki, Aleksey Ulyukayevi 15 il azadlıqdan məhrumetmə cəzası gözləyir. Sabiq nazir bir ildən çox idi hüquq-mühafizə orqanlarının nəzarətində olub.


İnterfaks

güc strukturlarındakı mənbəyə istinadən bildirir ki, nazir saxlanılarkən öz müdafiəçilərinə zəng etmək istəsə də, bu, mümkün olmayıb.

60 yaşlı Aleksey Ulyukayev 2000-2004-cü illərdə maliyyə nazirinin birinci müavini, 2004-2013-cü illərdə Rusiya Mərkəzi Bankı sədrinin birinci müavini olub. 2013-cü il, iyunun 24-dən iqtisadi inkişaf naziri vəzifəsində çalışır.

Ana səhifəXəbərlərRusiyanın iqtisadi inkişaf naziri rüşvət alarkən həbs olundu (yenilənib)