“Rusiyanın bölgədə başladığı proses ardıcıl davam edəcək” (VİDEO)


“Geopolitik oyunlarda milli maraqlarla yanaşı həm də elitanın maraqları önəmlidir”


Bak


ıya böyük birliklərin və böyük dövlətlərin rəsmilərinin səfərləri davam edir. Səfərlər müxtəlif ehtimalları gündəmə gətirsə də, informasiya qıtlığı mütləq fikir səsləndirmək imkanını yaratmır. Politoloq Rəşad Şirinlə söhbətimizi də ehtimallar üzərində qurduq, amma onun söylədikləri yalnız ehtimallardan ibarət deyildi.



R


əş


ad b


ə


y, s


öhbətimiz Azərbaycan ətrafında inkişaf xətti götürən geopolitik durumla bağlıdır. Avropa Birliyinin rəsmisi Barrozonun səfərindən sonra Rusiyanın xarici işlər naziri Lavrov Bakıya gəlib. Bu səfərlər rəsmi Bakıya hansı mesajlarla bağlıdır? Bəziləri Azərbaycandan seçimin tələb olunduğunu söyləsələr də, bununla razılaşmayanlar da var. Siz necə düşünürsünüz?

–         Ümumiyyətlə, geopoltik anlamda 90 və 2000-ci illər tamamilə fərqlənir. Xüsusilə Rusiya xarici siyasətinə baxsaq, 90-cı illərin Rusiyasında daxili konsolidasiya gedirdi, 2000-ci illərin ortalarına qədər, bu dövr ölkənin daha çox öz içinə baxması dönəmi idi.



Konkretləşdirək, Putinin hakimiyyətə gəlişindən sonra…?

–         Bəli, 1999-cu ildə Putin hakimiyyətə gəlir və bəzi məqamlar dəyişməyə başlasa da, amma hələ tam köklü dəyişikliklər yox idi. 2000-ci illərdə Rusiyanın ətrafa baxma dövrü başlayır. Bu prosesin strukturlaşmış dövrü Avrasiya İttifaqı və Gömrük Sazişinin gündəmə gəlməsi idi. Əsas fərq burdadır: 90 və 2000-ci illərin birinci yarısı Rusiyanın daha çox daxili problemləri ilə məşğul olması dövrü idi, bir daha deyirəm, sonrakı dövrdə Rusiya genişlənmə ilə məşğul olur.



Buna imperiya iddialarının yenidən qayıtması demək olarmı?

–         Bəli, sadəcə, fərqli şəkildə və fərqli adlar altında. Amma aktivləşmə başlayır, ümumiyyətlə, bu bölgədə enerji zənginliyi olan dövlətlərin qurulması müəyyən mərhələlərdən keçir. Birinci mərhələ daha çox konsolidasiya və iqtidarlarıntoparlanması prosesidir. Sonra gəlirlərin axını dövrü başlayır. Bu baxımdan Rusiya da çox spesifik ölkədir, çünki Azərbaycan və Qazaxıstan kimi şimal qonşumuz da iqtisadiyyatının böyük hissəsinin neft gəlirləri ilə formalaşan dövlətlərə aiddir. Bu amil xarici siyasətin fundamentini möhkəmlədən resursdur. Məhz ona görə ki, 2005-ci ildən sonra Rusiyanın xarici siyasətində aqressiv ekspansiyası əvvəlki kimi sözdə yox, həm də əməldə idi. 2008-ci ilin avqustunda Gürcüstana hərbi müdaxiləbaşladı, ondan əvvəl Buxarestdə NATO-nun genişlənməməsi üçün təzyiqlər etmişdi. 90-ci illərdə tanınmış politoloq Bzejinski “böyük oyun”, yaxud “böyük şahmat lövhəsi” deyə çıxış edirdi, amma vəziyyət açıq müstəvidə deyildi. Soyuq müharibədən sonra mübarizə vardı, amma Rusiya çox zəif idi.



O zaman indiki vəziyyətə açıq mübarizə demək olarmı?

–         Bəli, mübarizəkifayət qədər açıq müstəviyə keçib. Ukraynada xüsusilə proses öz pik həddini yaşadı, bu ölkədə Rusiya ilə Qərb üz-üzə dayandı. Rusiya öz qoşunları ilə Ukraynaya girməyə cəhd edir, həm də müxtəlif vasitələrlə separatçıları dəstəkləyir. Qərb sərt etiraz edir, NATO ölkələri Polşaya təlim üçün öz desantlarını göndərir. Yəni bu qarşıdurma Ukraynada çox yaxınlaşdı.



Belə olanda növbədə Cənubi Qafqazın olduğunu deyə bilərikmi?

–         Təbii ki. Cənubi Qafqazın, xüsusilə Azərbaycanın sabitliyi və təhlükəsizliyi çox maraqlı faktorlardan asılıdır.



Məsələn…?

–         Onlardan ən vacibi enerji faktorudur. Bunu çox dilə gətirməsələr də, Qərblilərin bəyanatından sezmək olur, əsasən də amerikanlılar. Bəzən eşidirik ki, Azərbaycanın təhlükəsizliyinin təminatı Amerikadır, ABŞ səfirinin məlum müsahibəsini xatırlada bilərik. Söhbət ondan gedir ki, əgər Azərbaycanın enerji məhsulları olmasaydı, Gürcüstan kimi Qərbyönlü siyasət aparmasaydı Rusiyanın təzyiqinə nə qədər davam gətirərdi? Bu, çox maraqlı sualdır, birinci, enerji sektoruna qoyulan böyük Amerika yatırımları ona gətirib çıxardır ki, Vaşinqtonda öz pullarını qorumalıdır. Çox böyük pullar var, Qərb dövlətləri bunu rahat şəkildə Rusiyanın ixtiyarına verməz. Amma düşünək ki, neft bitir, yaxud azalır və əhəmiyyətini itirir…



Ancaq qaz var

–         Düzdür, qaz var. Deməli, bölgə Qərb üçün strateji məkan kimi qalacaq. Amma Qərb Rusiyayla bölgə üçün nə vaxta qədər qarşıdurmaya gedəcək?



Bütün hallarda Türkmənistan qazının da bölgədən keçəcəyini nəzərə alanda, uzun mübarizə gözlənilmirmi?

–         Bunun üçün Transxəzər layihəsi həyata keçməli və bitməlidir, amma hələki irəliləyiş yoxdur.



Sizcə, Rusiya mətbuatının Lavrovun səfər öncəsi Azərbaycanın şimal qonşunun daha mühüm tərəfdaşı olacağı barədə yazıların əsası varmı?

–         Azərbaycan kimi ölkələrin, xüsusilə də balans qurmağa çalışan, ətraf qonşularla ciddi problemlər yaşamaq istəməyən dövlətlərin çox zaman xarici siyasətlərində köklü dəyişikliklər ola bilər.O baxımdan ki, siyasi elita öz hakimiyyətini qorumaq üçün hansısa tərəfdən təminat ala bilər. Bu, bəlkə də elita üçün normal sayılar. Belə geopolitik oyunlarda milli maraqlarla yanaşı həm də elitanın maraqları önəmlidir.



Bəs Qərbin maraqları nəzərə alınacaqmı?

–         Bu günə qədər zatən siyasi elita öz müstəqilliyini bu şəkildə qorumağa çalışmışdı. Ki, bir az Qərbdən, bir az Rusiyadan balanslaşdırsın. Amma faktorlar dəyişirsə, bölgə o qədər əhəmiyyətli olmursa, yaxud amerikanlar İranla öz münasibətlərini qururlarsa, ola bilər ki, Azərbaycanın əhəmiyyəti bir az azalsın, ya da Gürcüstan qədər Vaşinqtonun profilini daşıyan önəmli ölkə olmasın. Mən hardasa 5-10 il sonranı danışıram. Gürcüstanın özünəməxsus profili var, demokratikləşən və modernləşən ölkə imici.



Azərbaycan hökuməti də Avropa Birliyi ilə “modernləşmə modeli” adlı sənəd imzalayıb. Amma bir sıra politoloqlar və müxaliflər hakimiyyətin sənədi reallaşdıracağına inanmır.

–         Əslində, modernləşmə və demokratikləşmə çox fərqli şeylərdir. Azərbaycan siyasi elitası müəyyən mənada modernləşmə yolunu tutub, yəni sosial modernləşmə baxımından infrastrukturun qurulması, şəhərin insanlar yaşaması üçün daha uyğun şəkilə gətirilməsi və s.



Amma bəziiqtisadçı ekspertlər bu siyasətdə “pul silinmə”sindən danışır…

–         O, korrupsiya məsələdir və bu qədər neft gəliri olan ölkələrdən həmin çirkaba bulaşmayanı barmaqla sayılacaq qədərdir. Eyni zamanda, neft ölkəsi olan, amma demokratik cəmiyyət quran ölkələr də barmaqla sayılacaq qədərdir. Norveç və Venesualını misal çəkirlər, digərləri avtoritardır. Modernləşmə və demokratikləşməyə gələk, Gürcüstan hər ikisindən yararlanır. Bu isə Amerika xarici siyasəti üçün çox maraqlı bir modeldir.



Belə olanda hökumətin Avropa Birliyi ilə imzalayacağı sazişi əsas gətirib modernləşəcəyini düşünmək olarmı?

–         Bütün imzalanan sazişlər yerli elitaların maraqlarına uyğun  səviyyədə və dərəcədə yerinə yetirilir. Əgər sazişlərdə bəzi bəndlər elitaya sərf etmirsə, təbii ki, yerinə yetirilməyəcək. Yəni ona lazım olan işləri görür.



Belə olduğu halda Rusiya XİN-nin rəhbəri Lavrov Bakıdan nə ilə gedəcək?

–         Mənə elə gəlir ki, söhbət nazirin nə aparacağından getmir. Rusiya bölgədə bir proses başlayıb və bu, ardıcıl davam edən proses olacaq. Yəni yaxınlaşma və təzyiqlər davam edəcək, nəticəsini isə gələcəkdə görəcəyik. Rusiya Ukraynadakı uğursuzluqdan sonra artıq diqqəti digər respublikalara yönəldəcək.



N


əticələr baxımından ehtimalınızı deyə bilərsinizmi?

–         Hazırda bu barədə danışmaq çox çətindir. Qazaxıstan və Belarus Avrasiya İttifaqını möhkəmlətdikdən sonra Rusiyanın sanki institut olaraq əlində yeni bir rıçaq oldu. Moskva bu rıçaqdan daha çox istifadə etməyə çalışacaq. Ola bilər ki, Azərbaycanı hansısa fərqli bir sazişə cəlb etsinlər, yaxud Rusiya digər ölkələrlə assosiativ mərhələyə başlasın.



Ümumiyyətlə, Avrasiya İttifaqına qoşulması Azərbaycan üçün zərərsiz ola bilərmi? Bu sualı ona görə verdim ki, Zərdüşt Əlizadə Avrasiya İttifaqının gələcəyini MDB-nin taleyinə bənzədir…

–         Bəli, formal qurum kimi qalması ehtimalı da var. Rusiyanın bu şəkildə yaratmaq istədiyi bu qurum, bəlkə də ideoloji və mədəni baxımdan hegemoniyaya yönəlmiş bir şeydir. Mən düşünmürəm ki, Rusiyanın dövlət və bürokratik imkanları, bacarıqları yetərlidir. Ki, Avropa Birliyi, NATO və Avropa Şurası kimi qurumlarla rəqabətə girə bilsin. Çünki institusional  fərqlilik var, nəzərə alın ki, Avropa Birliyinə daxil olan 27 ölkənin hər biri çox güclü olsa da, bir yerdə yaşayıb qərar qəbul edə bilirlər. Bu mənada Rusiyanın elə bir bacarığının olub bu inteqrativ modeli düzgün relslərə oturdacağını düşünmürəm. Bunlar Kremlin respublilkalardakı elitalarla müəyyən məsələlərdə razılaşma şəklində qurduğu fasadla bağlıdır. Yəni daha çox dərinə getməzlər.

Ana səhifəVideo“Rusiyanın bölgədə başladığı proses ardıcıl davam edəcək” (VİDEO)