XİN Vitaliy Çurkinin iş yerində vəfat etdiyini bildirib
Fevralın 20-də Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitaliy Çurkin 64 yaşında vəfat edib. Lenta.ru Rusiyanın Xarici İşlər Nazirliyinə istinadən bu barədə xəbər yayıb.
XİN V.Çurkinin iş yerində vəfat etdiyini bildirib.
V.Çurkin 1974-cü ildə diplomatik fəaliyyətə başıayıb. 1992-ci ildə Rusiyanın xarici işlər nazirinin müavini təyin edilib, 1994-98-ci illərdə Belçikada səfir vəzifıəsində çalışıb. Sonrakı illərdə Kanadada diplomatik fəaliyyətini davam etdirib.
2006-cı ildə Rusiyanın BMT-də daimi nümayəndəsi təyin edilib.