“Frans Press”in əməkdaşının cəbhə xəttində öldüyü deyilir
“Frans Press” (AFP) agentliyinin jurnalisti Arman Soldinin Ukraynada həlak olduğu bildirilir.
Bu haqda məlumat AFP-nin “Twitter” səhifəsində məlumat yayılıb.
Soldin və həmkarlarının mayın 9-da Ukraynanın şərqindəki Çasov Yar şəhəri yaxınlığında raket atəşinə tutulduğu qeyd olunur.
Bölgədə jurnalistləri Ukrayna əsgərləri müşayiət edib.
32 yaşlı Soldi əraziyə düşən raket zərbəsi nəticəsində həlak olub.
Bildirilir ki, qrupun qalan üzvləri xəsarət almayıb.
Fransa Prezidenti Emmanuel Makron “Twitter” səhifəsində hadisəyə münasibət bildirib.
O qeyd edib ki, jurnalist münaqişənin ilk saatlarından faktları qeydə almaq üçün cəbhə xəttində olub.
Məlumata görə, indiyə qədər Rusiya-Ukrayna müharibəsində 17 jurnalist həlak olub.
Rusiya ilə Ukrayna arasında nə baş verib?
2022-cil il Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.
Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.
Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.
600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edilib.
Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.
2022-ci il aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib. Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.
Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.
2022-ci il iyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.
2022-ci ilin sentyabrın 30-da Vladimir Putin Rusiyanın nəzarəti ələ keçirdiyi ərazilərlə müqavilə imzalayıb.
Sentyabrın 23-dən -27-dək Rusiyanın işğal altında saxladığı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendum keçirilib.
Referendumda üç sual qoyulub: “Siz regionun Ukraynadan ayırılmasının, müstəqil dövlət yaradılmasının və Rusiyanın tərkibinə daxil olmasının tərəfdarısınızmı?”
Ukrayna, onun müttəfiqləri və beynəlxalq təşkilatlar referendumun nəticələrini tanımayıblar, bunu işğal adlandırıblar.