Rusiyanın 10 gün vaxtı qaldı

Haaqa Məhkəməsi şimal qonşumuzu 50 milyard dollar cərimələdi

Source:


Haaqa M


ə


hk


ə


m


ə


si


ş


imal qon


ş


umuzu 50 milyard dollar c


ə


rim


ə


l


ə


di

Kommersant.ru saytının yaydığı məlumata görə, təxminən 10 ilə yaxın davam edən məhkəmə Rusiyanın 50 milyard dollar cərimələnməsi ilə yekunlaşıb.

Qəzet yazır ki, Leonid Nevzlin, Vladimir Dubov və Mixail Xodorkovskinin maraqlarını müdafiə edən Group Menatep Limited (GML) Kremlə qarşı 114 milyard dollarlıq iddia qaldırsa da, Haaqa Məhkəməsi iyulun 28-də Rusiyanın 50 milyard dollar cərimələndiyi haqqında qərar çıxarıb.


Rusiyanın apellyasiya üçün 10 gün vaxtı var.

Məhkəmə Kremli şirkətin avadanlıqlarını müsadirə etməklə Beynəlxalq Enerji Xartiyasının müddəalarını pozmaqda ittiham edir.


Bu il əfv olunmuş şirkətin sahibi Mixail Xodorkovski 2005-ci ildə vergidən yayınma və mənimsəmə ittihamı ilə həbs edilmişdi.

Ana səhifəXəbərlərRusiyanın 10 gün vaxtı qaldı