“Azərbaycanlı və erməni hərbçilərlə əlaqə kanalları artıq yoluna qoyulub”
Müdafiə Nazirliyi
“RİA Novosti”
-yə rusiyalı sülhməramlıların Dağlıq Qarabağda yerləşdirilməsi xəritəsini təqdim edib.
Daha əvvəl Ermənistana rusiyalı hərbçilər gəlməyə başlayıb. Onların bir hissəsi artıq təyinat rayonuna yollanıb. Onlar Laçın dəhlizi boyu təmas xəttində 16 müşahidə məntəqəsi yerləşdirəcək.
Rusiya ordusu Baş qərargahı Baş operativ idarəsinin rəisi Sergey Rudskoy xəbər verib ki, sülhməramlılar “Pələng” və “Tayfun” zirehli döyüş maşınları ilə təchiz olunublar.
“Sülhməramlı əməliyyatın keçiriləcəyi rayonda həmçinin hərbi polis bölmələri də tapşırıqlar yerinə yetirəcək. (…) Onların üzərinə tərəflərin təmas xətti boyu keşik çəkməsi, kolonların və yüklərin müşayiəti vəzifəsi qoyulub”, – o deyib.
“Azərbaycanlı və erməni hərbçilərlə əlaqə kanalları artıq yoluna qoyulub”, – Rudskoy əlavə edib.
“Baş qərargah rusiyalı hərbçilərin təhlükəsizliyinin təminatı üçün bütün zəruri ölçü tədbirlərini planlaşdırıb. Sülhməramlı kontingentin şəxsi tərkibi üzərinə qoyulmuş vəzifənin bütün məsuliyyətini dərk edir və onu əldə olunmuş razılaşmaya uyğun ciddi şəkildə yerinə yetirməyə hazırdır”, – o yekun vurub.