Rusiyalı rejissor Serebrennikov ev həbsindən çıxıb

Ev həbsi altında olmasına baxmayaraq, rejissor mart ayında Hamburqda opera səhnələşdirmişdi.

Source: lenta.ru


Məhkəmənin qərarı ilə mühakimə olunan incəsənət adamları Moskvanı tərk etməməlidirlər

Moskva məhkəməsi teatr direktoru Kirill Serebrennikovun və iki həmkarınının ev dustaqlığından azad edilməsi qərarını verib.

Məhbusların üçü də onlara qarşı irəli sürülən mənimsəmə iddiasının siyasi motivli olduğunu deyirlər.

Aprelin 8-də Moskva Şəhər Məhkəməsi Serebrennikov, prodüser Yuri Itin və əvvəlki Mədəniyyət Nazirliyinin əməkdaşı Sofiya Apfelbaumun məhkəmə prosesi sona çatana qədər Moskvanı tərk etməməli olduğunu bildirib.

Dördüncü təqsirləndirilən şəxs, prodüser Aleksey Malobrodskiyə artıq Moskvadan ayrılmağa görə qadağa qoyulub.

2017-ci ilin avqustunda Serebrennikovun həbs edilməsi beynəlxalq ictimaiyyətin diqqətini çəkmişdi. Beynəlxalq təşkilatlar hesab edirlər ki, Rusiya hakimiyyət orqanları Vladimir Putinin hökumətinə zidd olan mədəniyyət insanlarını hədəf alır.

49 yaşlı rejissor 2011-ci ildən 2014-cü ilədək dövlət fondlarından özünün yaratdığı “7-ci studiya”ya ayrılan 68 milyon rubl (1 milyon dollardan çox) vəsaiti oğurlamaqda ittiham olunub.

2018-ci ilin yanvarında prokurorlar bu məbləği Serebrennikov və digər üç təqsirləndirilən müttəhim üçün 133 milyon rubl (2 milyon dollar) –a qədər artırdılar.

Dörd şübhəli günahkar olmadığını deyirdi və Serebrennikov 2018-ci ilin oktyabrında başlayan mühakiməni "absurd" adlandırırdı.

İşdə təqsirləndirilən beşinci şəxs, mühasib Nina Maslyayeva özünü təqsirli bilir və şübhəlilərə qarşı ifadə təqdim edib. O, ayrıca mühakimə edilir.

Serebrennikovun tərəfdarları iddianı 2018-ci ilin martından – prezident seçkisindən qabaq incəsənət adamlarına qarşı başlayan təzyiqin bir hissəsi olaraq xarakterizə edirlər.

Serebrennikov bundan əvvəl hökumətə qarşı etiraz aksiyalarında iştirak etmiş və Rusiyada Putindən sonra dövlətlə əlaqəsi güclənən pravoslav kilsəsinin artan nüfuzuna qarşı narahatlıqlarını dilə gətirmişdi.

Ev həbsi altında olmasına baxmayaraq, rejissor mart ayında Hamburqda opera səhnələşdirmişdi.

Ana səhifəDünyaRusiyalı rejissor Serebrennikov ev həbsindən çıxıb