Rusiyalı jurnalist Kara-Mursa 59 yaşında vəfat edib

Jurnalistin oğlu “Twitter” hesabında atasının iyulun 28-də öldüyünü yazıb və ölüm səbəbini açıqlamayıb.

Source: google.az


Jurnalistin oğlu atasının iyulun 28-də öldüyünü yazıb və ölüm səbəbini açıqlamayıb

Rusiyanın görkəmli jurnalistlərindən olan və müstəqil postsovet televiziyasının pioneri Vladimir Kara-Murza 59 yaşında Moskvada vəfat edib, – “Current Time” xəbər verir.

Jurnalistin oğlu “Twitter” hesabında atasının iyulun 28-də öldüyünü yazıb və ölüm səbəbini açıqlamayıb.

Kara-Murza 1990-cı illərin əvvəllərində Sovet İttifaqının dağılmasından sonra və prezident Boris Yeltsinin rəhbərliyi altında həyata keçirilən demokratik islahatlar zamanı televiziya jurnalistikasında məşhurluq qazanıb.

1993-cü ildə Rusiyanın ilk müstəqil televiziya kanalı olan və yeni yaradılan NTV-də jurnalistlər qrupunun üzvü olub və NTV-də "Bu gün gecə yarısında" adlı xəbər proqramında aparıcılıq edib.

O, bir sıra digər aparıcı jurnalistlərlə birlikdə 2001-ci ildə televiziya stansiyası Rusiya hökuməti tərəfindən ələ keçirildikdən sonra NTV-ni tərk edib.

NTV-dən ayrıldıqdan sonra Kara-Murza müxtəlif müstəqil televiziya kanallarında həmçinin Azadlıq Radiosunun Rus Xidmətində və Rusiya paytaxtında yerləşən “Exo Moskvı” radiostansiyasında çalışıb.

Kara-Murza Prezident Vladimir Putin və onun hökumətinin daimi tənqidçisi olub.

Kara-Murzanın oğlu da atası kimi açıq şəkildə Kremlini tənqid edir və Rusiya Baş nazirinin keçmiş müavini Boris Nemtsovun əsas köməkçisi olub. Nemtsov 2015-ci ildə Kremlindən bir qədər aralıda güllələnmiş siyasətçidir.

Ana səhifəDünyaRusiyalı jurnalist Kara-Mursa 59 yaşında vəfat edib