Rusiyalalıların 60%-i Kiyevə yeni hücum qərarını dəstəkləməyə hazırdır
Rusiyalıların 60%-i Kiyevə yeni hücumu dəstəkləyərdi. 65 faiz respondent isə prezident Putinin sülh sazişi imzalayaraq müharibəni dayandırmasının tərəfdarıdı. Russian Field xidmətinin sorğu nəticələri Kommersant qəzetində dərc edilib. Sorğu müəllifləri nəticələrə skeptik yanaşırlar. Onlar deyirlər ki, rusiyalılar bu mövzuda danışmağa qorxurlar, imtinalar artıb, səmimilik azalıb.
Ukraynada müharibənin davam etdirilməsini respondentlərin yarısı dəstəkləyir. Sülh danışıqlarına başlamağa 38% insan tərəfdardır. Müharibəyə ümumi dəstək 69%-dir. Cəmi 25%-ə yaxın insan müharibəyə qarşı çıxış edib, 8% cavab verməyə çətinlik çəkib.
59% insan Ukraynadakı müharibənin uzandığını düşünsə də, 28% əks fikirdədir. 30% insan müharibənin 1 ildən çox çəkəcəyini deyib, 20% isə onun yarım ildə bitəcəyinə ümid edir. 13% insan əməliyyatların 1-2 aya bitməsinə tərəfdardır.
Müharibənin uğurla getməsindən 62% sorğu iştirakçısı əmin olsa da, 19% əks düşüncədədir.
62% insan hərbi əməliyyatlarda şəxsən iştiraka hazır deyil. Mayda bu göstərici 55% olub. 29% şəxsən iştirak arzusunda olduğunu deyib ki, onların da təxminən 30%-i 45-59 yaş aralığındadır.
Bənzər sorğularda da rusiyalıların 60-70%-i müharibəni dəstəklədiyini ifadə edir. Amma Rusiyada müharibə başlayandan ordunun “diskreditasiyası” qanunla qadağan edilib. Mütəxəssislər bu tip sorğularda əhalinin cavablarını daha çox məhz bu qorxu ilə əlaqələndirir.