Rusiyada məhbuslar koloniyanı ələ keçiriblər: ölən və yaralanan var (yenilənib)

Həbsxana. Foto: arxiv

Rusiya rəsmi mənbələri girovların azad olunduğunu və onları girov götürən məhbusların öldürüldüyünü təsdiqləyiblər.


Volqoqrad vilayətinin Surovikino şəhərində 19 saylı Cəzaçəkmə Müəssisində əməliyyat keçirilib və girovlar azad ediliblər.

Bu barədə Shot və Mash “Telegram” kanalları məlumat yayıb.

Bildirilir ki, müəssisədə adamları girov götürənlər zərərsizləşdirilib, girovlar xilas edilib, təhlükəsizlik qüvvələri arasında xəsarət alan olmayıb.

Ancaq rəsmi mənbələr hələ də bu barədə hər hansı bir məlumat yaymayıblar.


Girovların azad edilməsi üçün 2 milyon dollar istənilir

Rusiyanın Volqoqrad vilayətindəki 19 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşlarının girov götürüldüyü bildirilir.

Bu barədə avqustun 23-də Rusiya Federal Penitensiar Xidmətinin yaydığı məlumatda qeyd olunur.

Bildirilir ki, intizam komissiyasının iclasında məhkumlar həbsxana işçilərini girov götürüblər:

“Hazırda girovların azad edilməsi üçün tədbirlər görülür”.

Cəzaçəkmə Müəssisəsinin Volqoqraddan 130 kilometr qərbdə, Surovikino şəhərində yerləşdiyin yazan Rusiya mediası qeyd edir ki, ora maksimum təhlükəsizlik koloniyasıdır.

Rəsmi məlumatda bir nəfərin öldüyü qeyd olunur:

“Bu, hücum edənlərə müqavimət göstərməyə çalışan növbətçidir. 3 nəfər rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Amma nə qədər girov götürüldüyü bəlli deyil. İddia olunur ki, koloniyanın rəhbəri Andrey Devyatov və onun müavini girov götürülüb”.

“Baza-Telegram” kanalının yazdığına görə, Andrey Devyatov qaçmağı bacarıb, lakin yaralanıb və hazırda reanimasiyadadır.

Həmçinin girov götürənlər 2 milyon dollar və bir helikopter tələb ediblər:

“Danışıqlar aparmaq üçün Volqoqrad məscidindən bir molla koloniyaya gətiriləcək”.

Rusiya İstintaq Komitəsi ölümlə nəticələnən girov götürmə (Cinayət Məcəlləsinin 206-cı maddəsinin 4-cü hissəsi) və koloniyaların fəaliyyətinin qeyri-mütəşəkkilliyi (3-cü hissə) ilə cinayət işi açıb.

Federal Penitensiar Xidmətin mərkəzi ofisindən bir qrup koloniyaya gedib.

Ana səhifəDünyaRusiyada məhbuslar koloniyanı ələ keçiriblər: ölən və yaralanan var (yenilənib)