Rusiyada dövlət qulluqçularının bank hesabları yoxlanılacaq

V.Putin. Foto: Meydan TV

Prezident qanunu imzalayıb

Rusiya Prezidenti Vladimir Putin “Məmurların bank hesablarından daxilolmaların məbləğinin üç il ərzində gəlirlərini aşması halında pul yığılması haqqında” Qanunu imzalayıb.

Məlumatı Rusiya mediası yayıb.

Qanuna əsasən, dövlət qulluqçularının, habelə onların ailə üzvlərinin, o cümlədən azyaşlı uşaqlarının bank hesabları prokurorluq tərəfindən yoxlanılacaq:

“Ümumi məbləği ailənin son 3 ildəki rəsmi gəlirlərindən 10 min rubldan artıq olacağı və məmur bu gəlirlərin qanuni mənbəyini əsaslandıra bilməyəcəyi təqdirdə, prokurorluq məhkəməyə müraciət edərək həmin vəsaitləri və əmlakı müsadirə edə biləcək”.

Lenta.ru yazır ki, pul itirməmək üçün məmur hesabda görünməsinin qanuniliyini sübut etməli olacaq:

“Məlumatların yoxlanılması zamanı prokurorlar vəzifəli şəxsin özü ilə danışa, habelə dövlət orqanlarına, banklara, kredit təşkilatlarına və daşınmaz əmlakın qeydiyyatını aparan idarələrə sorğular göndərə biləcəklər”.

Ana səhifəDünyaRusiyada dövlət qulluqçularının bank hesabları yoxlanılacaq