Qazaxıstandan gələn avtobusun 21 sərnişinin həlak olduğu bildirilir
Rusiyanın Vladimir vilayətinin Petuşinski rayonundakı Pokrov dəmiryolu stansiyasında Qazaxıstandan gələn avtobusla Sankt Peterburq-Nijni Novqorod marşrutu üzrə hərəkət edən sərnişin qatarı toqquşub.
Hadisə yerli vaxtla 03.30-da baş verib.
İlkin məlumata görə ölənlərin sayı 21 nəfərdir, onlardan 3-ü uşaqdır.
Yol hərəkət qaydalarını avtobus sürücüsünün pozduğu bildirilir. Avtobusda 56 sərnişinin olduğu bildirilir. Onlar Özbəkistan vətəndaşları olublar.
Rusiya Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə cinatət işi açılıb.