Rusiyada 10 İŞİD-çi məhv edilib

Rusiya Milli Antiterror Komitəsi əməliyyatın davam etdiyini bildirir

Source:

Noyabrın 22-də Rusiya hüquq-mühafizə orqanları Kabarda-Balkar Respublikasının Nalçik şəhəri yaxınlığında keçirdiyi xüsusi əməliyyat nəticəsində 10 silahlı öldürülüb.

APA “Rossiyskaya qazeta”ya istinadən xəbər verir ki, öldürülənlər silahlılar “İslam Dövləti” (İŞİD) terror təşkilatının üzvləridir. Onların kimliyi müəyyənləşdirilir.

Noyabrın 22-də səhər saatlarında Nalçik şəhəri yaxınlığında meşə massivində silahlı şəxslər aşkar olunub. Hüquq-mühafizə orqanlarının əməkdaşları atışma zamanı onları məhv ediblər.

Rusiya Milli Antiterror Komitəsi əməliyyatın davam etdiyini açıqlayıb.

Nəzərinizə çatdıraq ki, noyabrın 10-da Nalçikdə İŞİD-in yerli özəyinin başçısı Robert Zankişiyev hüquq-mühafizə orqanları tərəfindən öldürülüb.

Ana səhifəXəbərlərRusiyada 10 İŞİD-çi məhv edilib