Rusiya XİN-dən növbəti Qarabağ bəyanatı

“Aleksandr Lukaşeviçin açıqlaması Bakıya mesajdır ki, atəkəsi pozsanız, problemlərlə üzləşə bilərsiniz”

Source:


“Aleksandr Luka


ş


evi


ç


in a


çı


qlamas


ı


Bak


ı


ya mesajd


ı


r ki, at


ə


k


ə


si pozsan


ı


z, probleml


ə


rl


ə



ü


zl


əşə


bil


ə


rsiniz”

Martın 5-də Moskvada keçirilən brifinqdə Rusiya XİN mətbuat katibi Aleksandr Lukaşeviç Qarabağ münaqişəsi zonasında vəziyyətin kəskinləşməsi məsələsini qaldırıb. Rusiya XİN mətbuat xidmətinin məlumatına görə, o bildirib: “Vəziyyət qeyri-stabil olaraq qalır. İlin əvvəlində başlayan gərginlikdən sonra fevralın ikinci yarısında bir az sakitlik oldu. Bunu ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin qrupunun bu il fevralın 20-də keçirdiyi monitorinq zamanı tərəflərin nümayəndələri etiraf ediblər. Lakin martın ilk günlərində daxil olan məlumatlar atəşkəs rejiminin yenidən pozulmasından xəbər verir. Təəssüf ki, həlak olanlar var”.

“Dünən A.Kaspşik təmas xəttində monitorinq keçirib. Müvafiq hesabat hazırlanacaq. Güman edirəm ki, vəziyyətlə bağlı ətraflı məlumatları ATƏT-in monitorlarından əldə etmək mümkün olacaq.

Tərəfləri təmkinlik nümayiş etdirməyə, gərginliyin artmasına aparan hərəkətlərə yol verməməyə, 2014-cü il 10 avqust  Soçi sammitində bəyan edildiyi kimi münaqişənin sülh yolu ilə nizamlanması yollarına sadiq olmağa çağırırıq”, – deyə Lukaşeviç bildirib (Turan İA).

Rusiya XİN mətbuat katibi Aleksandr Lukaşeviçin açıqlamasını Meydan TV-yə şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Rusiyanın problemin həllində pozitiv rol oynamadığını bildirdi. “Azərbaycan rəsmiləri dəfələrlə Vaşinqtonu tənqid edib mediada səhifə-səhifə yazılar verirlər. Ancaq məhz amerikalı həmsədr və diplomatlar deyirlər ki, Qarabağ ətrafındakı işğal olunmuş rayonlar boşaldılmalı və iki azərbaycanlı girov azad olunmalıdır. Rusiyalı rəsmilərdən isə münaqişənin yalnız mərhələli variantla həll olunması barədə açıqlama eşitməmişik”.

Elxan Şahinoğlu hesab edir ki, Moskva münaqişəyə Vaşinqtondan fərqli yanaşır və Azərbaycanın ərazi bütövlüyü məsələsində həssas deyil. Aleksandr Lukaşeviçin açıqlaması isə Bakıya mesajdır ki, atəkəsi pozsanız, problemlərlə üzləşə bilərsiniz. Bu mənada Rusiyanın Ermənistandakı hərbi bazalarında təlimlər keçirməsini təsadüfü saymayın. Bir tərəfdən də Azərbaycan Türkiyə ilə hərbi təlimlərinin sayını artırıb. Rusiya sanki düşünür ki, Azərbaycan hərbi qüdrətini artırıb Türkiyə ilə hərbi əməkdaşlığını genişlənirirsə, bir gün münaqişəni güc yoluyla həll etməyə girişə bilər. Ona görə də Azərbaycana mesajlar verirlər ki, Bakı müharibə qərarı versə, qarşısında təkcə Ermənistanı yox, Rusiyanı da görəcək. 2008-ci ildə Gürcüstanda müharibə gedəndə, o zamankı prezident Medvedev bildirmişdi ki, kim belə fəaliyyətlərə baş vursa, qarşısında Moskvanı görəcək. Həmin mesajın bir ünvanı da Azərbaycan idi. Çünki Rusiya Gürcüstana öz ərazi bütövlüyünü bərpa etməyə imkan vermirdi. Ukraynaya da eyni münasibətdir. Bu mənada Lukaşeviç niyə həmin açıqlamanı verməlidir? Axı bugünlərdə atəşkəs pozuntusu da yoxdur.

Ana səhifəXəbərlərRusiya XİN-dən növbəti Qarabağ bəyanatı