Rusiya səfirliyi: Saleh Rüstəmovla görüşmək üçün zəruri tədbirlər görülür

“Səfirlik Azərbaycanın hüquq-mühafizə orqanları ilə əlaqə saxlayır”

Source:
Saleh Rüstəmov
Saleh Rüstəmov



Səfirlik Azərbaycanın hüquq-mühafizə orqanları ilə əlaqə saxlayır”

Rusiyanın Azərbaycandakı səfirliyinin konsulluq əməkdaşları Azərbaycanda həbs edilmiş Rusiya vətəndaşı Saleh Rüstəmovla görüşün təşkili üçün zəruri tədbirləri görür.

Bu barədə “Turan” agentliyinin həbs edilən şəxsin oğlunun konsulluğun atasının azad edilməsinə yardım etməkdən imtina etməsi ilə bağlı şikayətini şərh etmək xahişinə cavab olaraq səfirlikdən bildiriblər.

“Azərbaycan tərəfi səfirliyə Rusiya vətəndaşı S.Rüstəmovun saxlanıldığını bildirib. Konsulluq şöbəsinin əməkdaşları tərəfindən saxlanılan şəxslə görüşünün təşkili üçün bütün zəruri tədbirlər görülür. Səfirlik Azərbaycanın hüquq-mühafizə orqanları və S.Rüstəmovun qohumları ilə əlaqə saxlayır”, səfirliyin mətbuat xidmətindən bildiriblər.

Saleh Rüstəmov və qardaşı oğlu Vidadi Rüstəmli bu ilin mayında qanunsuz narkotik dövriyyəsi ittihamı ilə həbs edilib. Amma mayın 26-da Azərbaycan Baş Prokurorluğu S.Rüstəmovun və V.Rüstəmlinin Xalq Cəbhəsi Partiyasının fəalları Aqil Məhərrəmov, Ruslan Nəsirli və Babək Həsənovla birlikdə AXCP-nin “qanunsuz maliyyələşdirilməsi” ittihamı ilə saxlanıldığını bildirib.

Həbs edilənlərə qarşı qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş pulların yuyulması və s. ittihamlar irəli sürülüb.

AXCP qanunsuz maliyyə vəsaiti alınması haqqında ittihamları təkzib edib. Bu iş üzrə həbs edilənlər hamısı hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.

Ana səhifəXəbərlərRusiya səfirliyi: Saleh Rüstəmovla görüşmək üçün zəruri tədbirlər görülür