Rusiya “Qafqaz-2020” adlı hərbi təlimlər keçirəcək

Ukrayna cavab olaraq NATO ölkələri birlikdə təlim təşkil edir

Source: Meydan TV


Ukrayna cavab olaraq NATO ölkələri birlikdə təlim təşkil edir

Sentyabr ayında “Qafqaz-2020” hərbi təlimləri keçiriləcək və təlimlər bu ilin ən genişmiqyaslı təbdiri olacaq.

“İnterfax” xəbər verir ki, bunu Rusiyanın Müdafiə nazirinin müavini Yunus-Bəy-Yevkurov

deyib.

Onun sözlərinə görə, xüsusi təyinatlı qoşunlar üçün bir sıra xüsusi təlimlər hazırlanıb.

“İnterfax” xatırladıb ki, təlimlər ilin əvvəlindən bəri planlaşdırılıb və martın 20-də nazir Sergey Şoyqu kollegiyanın iclasında təlimlərə hazırlığın artıq getdiyini bildirmişdi.

“RİA-Novosti”-in mayın 26-da yaydığı məlumata görə, Sergey Şoyqu Prezident Vladimir Putinlə danışığı zamanı bildirmişdi ki, koronavirus pandemiyası “Qafqaz-2020” təlimlərinin hazırlıqlarına təsir

göstərməyib

.

Təlimlərdə Şanxay Əməkdaşlıq Təşkilatı və Kollektib Təhlükəsizlik Müqaviləsi Təşkilatının da iştirakı gözlənilir.

ABŞ-ın Avropadakı qüvvələrinin keçmiş komandanl Ben Hoces isə bəyan edib ki, Rusiya “Qafqaz-2020" təlimləri adı ilə Ukraynanın Xerson vilayətində dambanı ələ keçirə bilər. Bu damba vasitəsilə Krıma suyun verilməsi

dayandırılıb.

O deyib ki, təlimlər zamanı Rusiya Krımda humanitar böhran elan edə bilər və deyər ki, başqa əlacımız yox idi. Deyə bilərlər ki, dambanı ələ keçirib Krımı su ilə təhciz etməliyik.

Bu təlimlərə cavab olaraq, Ukrayna bildirib ki, NATO ölkələrinin iştirakı ilə hərbi təlimlər keçirəcək. İyulun 17-də Ali Radada çıxış edən Ukraynanın Müdafiə naziri Andrey Taran bildirib ki, “Qafqaz-2020” təlimləri adı ilə Rusiya qoşunları

toplaşıb.

“Bunu nəzərə alaraq həmin dövrdə Ukrayna “Birgə səylər -2020" adlı təlimlər planlaşdırır”.

O qeyd edib ki, Ukrayna NATO-nun da bu təlimlərdə iştirak edəcəyinə ümid edir.

Ana səhifəDünyaRusiya “Qafqaz-2020” adlı hərbi təlimlər keçirəcək