Rusiya nefti son dəfə 20 il əvvəl belə ucuzlaşıb

İqtisadçı deyir ki, bir tərəfdən kəskin qiymət ucuzlaşması ilə qarşılaşan “Azəri Light” markalı neft digər tərəfdən də ənənəvi bazarlarını itirir.

Source: Foto: https://www.financialexpress.com/


Koronavirus pandemiyası neftə olan tələbatı azaldıb


Rusiya

nın Qərbi Avropaya ixrac etdiyi Urals markalı neftin qiyməti ucuzlaşıb.

Martın 30-da neft bir barel üçün 16.2 dollara düşüb.

Rusiya nefti ən son 1999-cu ilin iyununda belə ucuz qiymətə satılıb.

Belə ki, Urals neftinin qiyməti son bir həftədə 5.51 dollar enib. Bu, Rusiyanın 2008-ci ildən bu yana alıcılara təklif etdiyi ən güzəştli qiymətdir. Neftin hər barelini 4.75 dollar ucuzuna təklif edir.



Reuters

” agentliyinin ötən həftə dərc etdiyi xəbərində isə bildirilir ki, neftin bütün növlərinə tələbat kəskin azalıb. Qazaxıstan, Azərbaycan və Nigeriyanın yüngül neft növlərinə tələbat isə kəskin şəkildə aşağı düşüb.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, buna səbəb aşağı kükürdlüyə malik növlərdən daha çox benzin və təyyarə yanacağının alınması üçün istifadə edilməsidir:

“Azərbaycanın yüngül neftindən xammal kimi aviasiya benzinin istehsalında istifadə edilirdi. Hazırda koronavirus pandemiyasına görə yerli və beynəlxalq uçuşlarda məhdudiyyətlər tətbiq edilib. Nəticədə bu növ benzinə tələbat kəskin azalıb. Qiymətin sürətlə enməsinə səbəb budur”.

İqtisadçı deyir ki, bir tərəfdən kəskin qiymət ucuzlaşması ilə qarşılaşan “Azəri Light” markalı neft digər tərəfdən də ənənəvi bazarlarını itirir.


Martın 30-da

dünya birjalarında neft son 17 ilin ən aşağı səviyyəsinə düşüb.

Səbəb dünyada dərinləşən koronovirus böhranıdır. ABŞ-da yoluxmaların sayı sürətlə artır.

Qərbi Texas neftinin bareli 5,3 faiz düşərək 20 dollara yaxınlaşıb. Brent nefti isə 6,5 faiz düşərək 23 dollar olub.

Artıq koronovirusdan dünya üzrə ölənlərin sayı

38 min

ə yaxınlaşır.

Bütün bu səbəblərdən son bir neçə həftədir ki, neft bazarlarında qiymətlər durmadan enir.

2020-ci ilin əvvəlində neftin qiyməti 70 dollar/barel, martın əvvəlində isə 50 dollar/bareldən çox olub.

Azərbaycanın 2020-ci ilin büdcəsində neftin bir barelinin qiyməti isə 55 dollardan hesablanıb.

Ana səhifəİqtisadiyyatRusiya nefti son dəfə 20 il əvvəl belə ucuzlaşıb