Rusiya MTS-i “Voqafone Ukrayna”nı Azərbaycan şirkətinə 734 milyon dollara satacaq

Bu barədə MTS-in bəyanatına istinadən RBK xəbər verir.

Source: trend.az

Məqalə

Hromadske

saytında dərc olunub

Rusiyanın Ukraynada “Voqafone Ukrayna” brendi ilə “MTS” markası altında fəaliyyət göstərən MTS telekommunikasiya şirkəti biznesinin Ukrayna hissəsini Azərbaycanın telekommunikasiya şirkəti olan “Bakcell”-ə 734 milyon dollara satacaq.

Bu barədə MTS-in bəyanatına istinadən RBK xəbər verir.

Rusiya şirkəti Ukrayna şöbəsini Lüksemburq törəmə şirkəti olan “Allegretto Holdinq Sarl” vasitəsi ilə satacaq. O, Azərbaycan şirkətinin “törəməsi”nə səhmlərin 100%-ni Hollandiyanın “Preludium BV” şirkətindən ötürəcək. Şirkət “Voqafone Ukrayna”nın yeganə səhmdarıdır.

Operator bəyan edib ki, müqavilə Rusiya bazarında cəhdlərin cəmlənməsini nəzərdə tutan qrupun strategiyasına uyğundur.

Ukraynanın Antimonopoliya Komitəsi əvvəllər Azərbaycanın “Bakcell” şirkətinə “Voqafone Ukrayna”nı əldə etməyə icazə verib.

Əsası 1994-cü ildə qoyulmuş “Bakcell” Azərbaycanın ilk mobil operatorudur. Hazırda şirkət ölkədə 3 milyona yaxın abonentə xidmət edir. “Bakcell” “NEQSOL Holdinq”-in tərkibinə daxildir. Bu holdinq dünyanın bir sıra ölkəsində, o cümlədən Banqladeş, Gürcüstan, Türkiyə, ABŞ, Böyük Britaniya və Qazaxıstanda telekomminukasiya, neft-qaz və digər sahələrdə biznes fəaliyyəti göstərir.

“Voqafone” Ukraynada mobil əlaqə üzrə üç ən iri operatordan biridir. Operator bu brend altında 2015-ci ildən fəaliyyət göstərir. O zamanadək “MTS”, daha əvvəlsə (2007-ci ilədək) UMC brendi altında işləyib. “Voqafone”-nun Ukraynadakı rəsmi brendi “Preludium BV” şirkətinə məxsusdur, hərçənd son sahibi Rusiyanın “MTS” şirkətidir.

Ana səhifəXəbərlərRusiya MTS-i “Voqafone Ukrayna”nı Azərbaycan şirkətinə 734 milyon dollara satacaq