Rusiyadan Qarabağa humanitar yardım gəlir
Rusiyanın Fövqəladə Hallar Nazirliyi bəyan edib ki, ilk humanitar yadım karvanı artıq Qarabağa çatıb.
BBC xəbər verir ki, Rusiyanın Rostov bölgəsindən gələn ikinci humanitar yardım karvanı artıq Krasnodar Bölgəsi ərazisindən keçib.
Nazirliyin məlumatına görə, ümumilikdə humanitar yardıma 35 texnika və 40-a yaxın işçi qüvvəsi cəlb olunub.
Rusiya nazirliyinin təşkil etdiyi iki yardım birlikdə Xankəndinə 345 ton humanitar yardım çatdıracaq.
Məlumata görə, müharibənin təsirinə məruz qalmış əhalinin sosial infrastrukturunu və evlərini bərpa etmək üçün tikinti materialları xüsusi nəqliyyat vasitələri ilə gətirilir.
Rusiya Fövqəladə Hallar Nazirliyi bildirib ki, qurumun nümayəndələri yerli özünüidarə üzvləri ilə birgə Xankəndi, Ağdərə, Xocavənd və Əsgəranda zədələnmiş binalara baxış zamanı dəymiş ziyanı qiymətləndirməyə davam edirlər.