Qanun layihəsi Federasiya Şurası tərəfindən təsdiq olunmalı və prezident Vladimir Putin tərəfindən imzalanmalıdır
Rusiyanın Dövlət Duması səlahiyyətlilərin "saxta xəbərlər" saydığı xəbərləri yayımlayan, hakimiyyəti, dövlət simvollarını , Rusiya cəmiyyətini təhqir edən saytların bloklanması və cərimələnməsiylə bağlı qanun layihəsini təsdiqəyib, – Azadlıq Radiosu xəbər verir.
Qanun layihəsi məclisin yuxarı palatası, Federasiya Şurası tərəfindən təsdiq olunmalı və prezident Vladimir Putin tərəfindən imzalanmalıdır.
Qanunun tənqidçiləri dövlət məmurlarının Kremlin və ya digər Rusiya hakimiyyətlərini tənqid edən saytların bağlanmasına imkan verəcəyini söyləyirlər.
Dövlət Dumasının martın 7-də keçirilən səsverməsində 322 deputat "saxta xəbər"in qadağan edilməsi haqqında qanun layihəsini dəstəkləyib və 78 ona qarşı səs verib.
Qanunvericilik dövlət nəzarətində olan “Roskomnadzor” media nəzarətçilərinə "saxta xəbərlər" in nə olduğunu müəyyənləşdirməyə imkan yaradacaq.
Həmçinin, "saxta xəbər" dərc etmək üçün maksimum cərimələr fərdi şəxslər üçün 100,000 rubl (1500 dollardan çox), dövlət qulluqçuları üçün 200 min rubl ($ 3,000) və şirkətlər üçün 500 min rubl (təxminən 7,600 dollar) müəyyən edilir.
"Saxta xəbər" qanununda deyilir ki, “Roskomnadzor” ilə rəsmi olaraq qeydiyyatdan keçən onlayn media qurumlarına saytlar bloklanmadan əvvəl “saxta xəbər”lərin silinməsinə imkan veriləcək.
“Roskomnadzor”da qeydiyyatdan keçməmiş veb saytlar xəbərdarlıq edilmədən bloklanacaq.
Eyni zamanda qanun layihəsi səlahiyyətlilərə, dövlət orqanlarına, Rusiya dövlətinə, ictimaiyyətə, Rusiya bayrağına və ya Rusiya Konstitusiyasına təhqir etdikləri halda 100 min rubl və ya təxminən 1500 dollara qədər pul cəzasına icazə verəcək.
İkinci dəfə təhqir olarsa, bu zaman pul cəzası artırılaraq şəxslərə 200 min rubl qədər cərimə və ya 15 günə qədər həbs cəzası verilməsi tələb olunacaq.
Qanunda qeyd edilir ki, iki dəfədən çox qanunu pozanlar 300 min rubl qədər cərimə ediləcək və ya 15 günə qədər həbs ediləcək.
Saytlara “Roskomnadzor” tərəfindən təhqir kimi qiymətləndirilən materialların silinməsi üçün 24 saat vaxt veriləcək. Bu cür materialları aradan qaldırmayan saytlar bloklanacaq, – qanun layihəsi deyir.
Qanunvericilik A Just Russia, Kommunist Partiyası və milliyyətçi Liberal Demokratik Partiyadan olan millət vəkilləri tərəfindən dəstəklənməyib.