Rusiya Dağlıq Qarabağa qoşun yeritməyə hazırlaşır?

Elxan Şahinoğlu: Rusiya “sühməramlılarının” Dağlıq Qarabağda yerləşdirilməsi 1994-cü il ATƏT-in Budapeşt sammitinə də ziddir

Source:


Elxan Şahinoğlu:  Rusiya “sühməramlılarının” Dağlıq Qarabağda yerləşdirilməsi 1994-cü il ATƏT-in Budapeşt sammitinə də ziddir

Rusiyanın başçılığı altında yaradılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Dağlıq Qarabağa qoşun yeritməyə hazırlaşır.

Modern.az xəbər verir ki, bu iddia ilə Ermənistanın “Aykakan Jamanak” qəzeti çıxış edib. Qəzetin iddiasına görə, KTMT-ın baş katibinin müavini Valeri Semerikovun “Biizm təşkilat yalnız KTMT-a üzv ölkələrin ərazisində deyil, ondan kənarda da sülhməramlı missiya gerçəkləşdirə bilər” açıqlaması ilə bu fikrə əsas verib.

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlı qüvvələri, daha doğrusu, Rusiyanın KTMT mandatı altında istifadə edəcəyi ordusu regionda yalnız Dağlıq Qarabağda yerləşdirilə bilər.

Rusiya Azərbaycan-Ermənistan münaqişəsi zonasında öz sülhməramlılarını yerləşdirməyə çox maraqlıdır və sülhməramlı qüvvələr adı ilə öz məramını gerçəkləşdirməsi problem deyil.

Amerikalı həmsədr Ceyms Uorlikin həmsədr ölkələr – ABŞ, Fransa və Rusiyanın münaqişə bölgəsində sülhməramlılardan istifadə etmək hüququnun olmadığını deməsindən sonra Rusiya öz niyyətlərini gerçəkləşdirmək üçün başqa plan axtarır.

Bu plan isə KTMT pərdəsi altında bölgəyə qoşun yeritməkdən ibarətdir. Bir tərəfdən KTMT-ı Rusiyadan savayı 5 ölkədən ibarətdir, digər tərəfdən isə sülhməramlı kontingentə məhz Rusiya Federasiyası rəhbərlik edəcək”, – “Aykakan Jamanak” yazır.

Valeri Semerikovun fikirlərini Meydan tv-yə şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibinin müavini Valeri Semerikovun “bizim təşkilat yalnız KTMT-a üzv ölkələrin ərazisində deyil, ondan kənarda da sülhməramlı missiya gerçəkləşdirə bilər və bu sırada Dağlıq Qarabağ da var” açıqlamasının dəqiqşləşdirilməsinə ehtiyac var. Çünki xəbəri Ermənistanın “Aykakan Jamanak” qəzeti yayıb. Ermənistan mediası isə adətən başqalarının Azərbaycan haqqında açıqlamalarına “zəruri əlavələr” edir və bu dezinformasiya şəklini alır: “Buna baxmayaraq, bütün hallarda rəsmi Bakı rusiyalı rəsminin belə bir açıqlama verib-vermədiyin aydınlaşdırmalıdır. Qoy həmin şəxs açıqlamasında nələr dediklərinə aydınlıq gətirsin. Dəfələrlə olub ki, Rusiya və Qərb rəsmiləri və diplomatları İrəvanda dediklərinin yanlış yayınlandığını bildirərək, fikirlərinin doğru çatdırılmamasından şikayət ediblər”.

Ancaq siyasi şərhçi hesab edir ki, əgər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibinin müavini Valeri Semerikov həqiqətən təşkilatın Dağlıq Qarabağa sülhməramlı qüvvələr göndərilməsi mümkünlüyünü dilə gətiribsə, ona müvafiq cavab verilməlidir. Birincisi, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsinin üzvü deyil və Azərbaycanın razılığı olmadan bu təşkilat Dağlıq Qarabağda silahlı qüvvələrini yerləşdirə bilməz. İkincisi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı dedikdə Rusiya başa düşülür. Rəsmi Bakı isə Dağlıq Qarabağda yalnız Rusiya “sülhməramlılarının”razılaşa bilməz. Bu faktiki Dağlıq Qarabağın itirilməsinə gətirib çıxaracaq. Biz bilsəydik ki, təşkilatın silahlı qüvvələrində quruma daxil olan Qazaxıstan, Belarus və Qırğızıstan silahlı qüvvələri də önəmli paya malik olacaqlar, onların Dağlıq Qarabağda yerləşdirilməsini hardasa müzakirə etmək olardı. Çünki adı çəkilən hər bir dövlətin Azərbaycan tərəfdaş münasibətləri var və bu dövlətlər Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər. Ancaq reallıq fərqlidir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Rusiyanın istəklərindən asılı qurumdur və “sülhməramlıların” kimlərdən təşkil olunacağı bizə əvvəlcədən bəllidir. Rusiya “sühməramlılarının” Dağlıq Qarabağda yerləşdirilməsi 1994-cü il ATƏT-in Budapeşt sammitinə də ziddir. Həmin sammitin qərarına görə Dağlıq Qarabağda hər hansl dövlətin sülhməramlı qüvvələrinin nisbəti ümumi sayın 30 faizini aşmamalıdır. Daha sonrakı qərara görə sülhməramlı qüvvələr işçərisində maraqlı (həmsədr) dövlətlərin – Rusiya, ABŞ və Fransanın silahlı qüvvələri olmamalıdır”.

Ana səhifəXəbərlərRusiya Dağlıq Qarabağa qoşun yeritməyə hazırlaşır?