Rusiya Azərbaycandan gətirilən 15,5 ton pomidoru ölkəyə buraxmayıb

Fermerlər heç nə edə bilməz. Bu, Kənd Təsərrüfatı Nazirliyinin və hökumətin işidir.

Source: google.az


Vahid Məhərrəmov: ''Bölgədə çox ciddi problem var''

Azərbaycanda pomidorda güvənin olması probleminin başlanğıcı Rusiyadan Azərbaycana gətirilən kartof güvəsindədir.

Bunu Meydan TV-ə kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Azərbaycandan Rusiyaya aparılan 15,5 ton pomidorun ölkəyə buraxılmaması məlumatını şərh edərkən deyib.

Məhsulu Rusiyaya bu ölkənin Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) Dağıstan üzrə İdarəsinin mütəxəssisləri buraxmayıblar. Xidmətin

rəsmi saytı

nda yerləşdirilən məlumata görə, Yaraq-Qazmalar buraxılış məntəqəsində gətirilən pomidorun nümunələrinin yoxlanılması zamanı məhsulda Cənubi Amerikanın pomidor güvəsi aşkar edilib.

Yükün sahibi barəsində protokol yazılıb, məhsul isə Azərbaycana geri qaytarılıb.

Xidmət arayış kimi bildirib ki, pomidor güvəsi karantin siyahısına daxil edilib. Pomidor güvəsi həm sahədə, həm də saxlanc yerində olan məhsula təhlükə törədir və məhsulun 50 faizdən 100 faizə qədərini məhv edə bilər. Məlumatda bildirilir ki, pomidor güvəsi kartofa, badımcana və digər bitkilərə də zərər vurur.

Vahid Məhərrəmov deyib ki, indi Rusiya öz sərhədini çox ciddi nəzarətdə saxlayır.

“Azərbaycanda isə kartof və başqa məhsulların idxalı yüksək vəzifəli məmurların inhisarında olduğu üçün belə ciddi yoxlamalar aparılmır. Həmin kartof güvəsi Gəncə və Qazax bölgəsində kartofçuluğa ciddi ziyan vurduğundan sahibkarlar üçün kartof əkmək risklidir. Məsələ ondadır ki, kartof güvəsi quş üzümü fəsiləsinə aid olan pomidora, bibər badımcan, tütünə ziyan vurub. Tütün istisna olmaqla pomidor, bibər, badımcan həmin bölgədə istehsal olunur. Təsəvvür edin, istixana şəraitində yetişdirilən pomidorda güvə aşkar olunubsa, bölgədə çox ciddi problem var”.

Vahid Məhərrəmov
Vahid Məhərrəmli

V.Məhərrəmov hesab edir ki, müvafiq nazirlik ciddi tədbirlər görməlidir:

“Fermerlər heç nə edə bilməz. Bu, Kənd Təsərrüfatı Nazirliyinin və hökumətin işidir. Çünki güvə bir təsərrüfatda deyil, bütün bölgəni əhatə edib. Hökumət bioloji, kimyəvi, texniki metodları işə salmalıdır, hətta quş üzümü fəsiləsindən olan bitkilərin əkini bir müddət dayandırılmalıdır. Təəssüf ki, neçə nazir dəyişsə, problem qalır. Güvənin ziyanı ondadır ki, məhsuldan istifadəni dayandırır. Güvə kartofu, bitkini yeyir, inkişafına mane olur, bir sözlə yararsız hala salır”.

Ana səhifəXəbərlərRusiya Azərbaycandan gətirilən 15,5 ton pomidoru ölkəyə buraxmayıb