Rusiya aeroportu azərbaycanlı alimin adını daşıyacaq

Surqut şəhəri üzrə qalib gələn Fərman Salmanovun namizədliyi səslərin az qala 60 faizini cəlb edib.

Source: google.az


Surqut şəhəri üzrə qalib gələn Fərman Salmanovun namizədliyi səslərin az qala 60 faizini cəlb edib

Rusiyanın şərqindəki Surqut şəhərinin aeroportu bundan sonra azərbaycanlı geoloq Fərman Salmanovun adını daşıyacaq.

Surqut, Sibiridə yerləşən Xantı-Mansi muxtar dairəsinin ikinci ən böyük şəhəridir.

“BBC News azərbaycanca”nın məlumatına görə, Rusiya hava limanlarına "ölkə qarşısında xüsusi xidmətləri olan" şəxsiyyətlərin adlarının verilməsi barədə qərar prezident Vladimir Putin tərəfindən imzalanıb.

Rusiya dövlət başçısının fərmanı az qala 50 aeroporta görkəmli şəxslərin adlarının verilməsinə dair “Rusiyanın dahi adları” adı ilə ötən il keçirilən səsvermənin yekunlarına əsaslanır.

Surqut şəhəri üzrə qalib gələn Fərman Salmanovun namizədliyi səslərin az qala 60 faizini cəlb edib.

Ana səhifəXəbərlərRusiya aeroportu azərbaycanlı alimin adını daşıyacaq