Rus məktəblərinin bağlanılması ilə bağlı Təhsil Nazirliyi tərəfindən hər hansı qərarın verilməsi gözlənilmir
“Bir çox idarələr ancaq rus dilini bilənlərin işə qəbul olunmasına üstünlük verirlər. Bu da dövlət dilində təhsil almış insanların diskriminasiyası il nəticələnir”.
İqtisadçı – ekspert Natiq Cəfərli Azərbaycanda rus məktəblərinin dövlət hesabına büdcədən maliyələşərək fəaliyyət göstərməsini düzgün hesab etmir. Onun sözlərinə görə, Azərbaycan məktəblərində başqa dillər seçim kimi qoyularsa, rus məktəbləri isə bağlanarsa dövlət məktəblərində təhsilin də səviyyəsi yüksələr
“
Bu rus, ingilis, ispan dilində də ola bilər. Nə dilində istəyirsən məktəb açıb fəaliyyət göstərmək mümkündür. Büdcədən malyələşmə ancaq dövlət dilli məktəblərdə olmalıdır. Və pulsuz təhsil ancaq dövlət dilində olan məktəblərə aid edilir”
Artıq bir neçə ildir ki, ölkədəki rus məktəblərinin bağlanması məsələsi gündəmdədir. Paytaxt sakinləri arasında aparılan sorğudan isə məlum oldu ki, bu məktəblərin bağlanmasını şərtləndirən amillərdən biri də bütün idarə və müəssisələrdə rus dilində danışığa üstünlüyün verilməsidir.
Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədovun Meydan Tv -yə verdiyi məlumata görə, gələcəkdə ümumtəhsil məktəblərində rus bölmələrinin tamamilə bağlanamsı qətiyyən gözlənilmir. Nazirlikdən ölkədə ümumilikdə nə qədər rus və azərbaycan məktəbləriin fəaliyyət göstərməsi ilə bağlı məlumat alamaq cəhsimiz isə alınmadı. Təhsil üzrə ekspert Nabatəli Qulamoğlu deyir ki, hələ Azərbaycanda rus dilini əvəzləyəcək nə internet, nə də elmi resurslar mövcuddur:
“Biz bu bütün internet resurslarını bu dillə əldə edirik. Biz hətta ingilis dilində olan resurslar da rus dilində əldə edirik. Çünki onların hamısının rus dilində tərcüməsi var. Rus məktəbləri bağlansa, böyük bir xəzinədən özümüzü məhrum etmiş olarıq. Söhbət gələcəyə hesablanan işlərdən gedir”.
Ekspert deyir ki, nə qədər ki, ingilis dili öz yerini tutmayıb, ölkədə rus məktəblərinə yox deməyə ehtiyac toxdur.