Ruhulla Axundzadə ürək tutmalarından əziyyət çəkir

Vəkili onun müalicəsi üçün müraciət edəcək

Source:


Vəkili onun müalicəsi üçün müraciət edəcək

İslamçı məhbus Rufulla Axundzadə səhhətindən şikayətlənir. Ötən ay Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin Müalicə Müəssisəsindən 15 saylı Cəzaçəkmə Müəssisəsinə qaytarılan dustaq xəstəxana qaldığı müddətdə heç bir müalicə almadığını iddia edir.

Bu barədə “Mediaforum”a məhbusun vəkili Anar Qasımlı məlumat verib. Onun sözlərinə görə, Rufulla Axundzadə ürək tutmalarından, boğulmaların əmələ gəlməsindən əziyyət çəkir: “Deyir ki, müalicə müəssisəsinə köçürüldükdən sonra iki həftə saxlanıb, həkimi məzuniyyətdə olduğu üçün müalicə oluna bilməyib. Yenidən müalicə müəssisəsinə köçürülmək istəyir. Bunun üçün müraciət edəcəyik”.

Rufulla Axundzadə 2011-ci ilin yanvar ayında tutularaq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İslamçı 2013-cü ilin mayında kəskin miokard infarktı keçirib və Baş Tibb İdarəsinin Müalicə Müəssisəsində müalicə alıb.

Ana səhifəXəbərlərRuhulla Axundzadə ürək tutmalarından əziyyət çəkir