“Ruhaninin dediyi 25 milyon insan tibbi xidmətə ehtiyacı olmayan xəstələrdir”

İran rəsmiləri Ruhaninin 25 milyon iranlının koronavirusa yoluxacağı bəyanatını önəmsizləşdirib

Source:


İran rəsmiləri Ruhaninin 25 milyon iranlının koronavirusa yoluxacağı bəyanatını önəmsizləşdirib

İran səhiyyə rəsmiləri Prezident Həsən Ruhaninin 25 milyon iranlının koronavirusa yoluxa biləcəyi ilə bağlı bəyanatını önəmsizləşdirməyə çalışıb, – RFE/RL xəbər verir.

İyulun 18-də Ruhani Səhiyyə Nazirliyinin araşdırmasına istinad edərək 25 milyon iranlının koronavirusa yoluxacağını demişdi. Prezidentin qeyd etdiyi rəqəm 80 milyonluq İran əhalisinin 30 faizini təşkil edir.

Ruhaninin ofisi infeksiyaların sayının Səhiyyə Nazirliyinin araşdırmasına söykənən təxmini hesablama olduğunu deyib, – “Reuters” xəbər verir.

İran koronavirusdan ən ağır şəkildə təsirlənən Yaxın Şərq ölkəsidir. Aprelin ortalarından etibarən məhdudiyyətlərin və təcridin yüngülləşdirilməsiylə ölkədə yoluxma və ölüm halları kəskin şəkildə artmaqdadır.

“Bizim hesablamalarımıza görə bu günə qədər 25 milyon iranlı bu virusa yoluxub və təqribən 14 min insan həyatını itirib”,- “Reuters” Ruhaniyə istinadən qeyd edib.

O əlavə edib ki, “30-35 milyon arasında insanın risk altına düşmə ehtimalı var”, – “Reuters” bildirib. Prezident bəyanatından sonra nüanslarla bağlı açıqlama verməyib.

Hökumətin koronavirusa yoluxma qrupunun rəsmisi qeyd edib ki, Ruhaninin dediyi 25 milyon insan tibbi xidmətə ehtiyacı olmayan xəstələrdir.

Hakimiyyət orqanları şənbə günü paytaxt Tehranda bir həftə ərzində karantin qaydalarını təzələyib. Dini və mədəni tədbirlər məhdudlaşdırılıb, məktəblər, kafelər, qapalı hovuzlar, əyləncə mərkəzləri və zooparklar bağlanıb.

İRNA xəbər agentliyi məlumat verir ki, Türkiyə yenidən İranla uçuşları dayandırıb.

Ana səhifəDünya“Ruhaninin dediyi 25 milyon insan tibbi xidmətə ehtiyacı olmayan xəstələrdir”