Ruhani

Mənbə: meydan tv

Başlıq: Ruhani

Ruhani ABŞ-la mümkün müharibə üçün səlahiyyətlərini genişləndirir

İran və ABŞ arasında ehtimal edilən hərbi münaqişə ilə bağlı narahatlıqlar artmaqdadır

İran Prezidenti Həsən Ruhani deyib ki, o, Amerika Birləşmiş Ştatları tərəfindən ölkəyə qarşı açılmış "iqtisadi müharibə" ilə mübarizə aparmaq üçün müharibə üçün gərəkli olan icraedici hakimiyyət səlahiyyətlərini genişləndirmək istəyir, - Azadlıq Radiosu xəbər verir.

Tehran ilə Vaşinqton arasındakı əlaqələr ötən il ABŞ prezidenti Donald Trampın Vaşinqtonu 2015-ci ildə İranın nüvə proqramını məhdudlaşdıran nüvə razılaşmasından geri çəkməsindən sonra gərginləşməyə başlayıb.

O vaxtdan bəri Vaşinqton öz ritorikasını artırıb və sanksiyaları yeniləyib.

İran və ABŞ arasında ehtimal edilən hərbi münaqişə ilə bağlı narahatlıqlar artmaqdadır. Vaşinqton Tehrandan gələn "təhlükə" barədə artıq xəbərdarlıq edib. İran isə bu iddiaları rədd edir.

Ruhani 1980-88-ci illərdə İraq müharibəsini xatırladıb. Belə ki, o zamanı İran Ali Müharibə Şurası iqtisadiyyatın çətin vəziyyətinə baxmayaraq müharibə haqda qərar qəbul etmişdi.

"Bizim bu gün də eyni gücə ehtiyacımız var," - Ruhani mayın 20-də deyib. İranın rəsmi IRNA xəbər agentliyi xəbər verir.

Prezident deyib ki, o, Vaşinqtonla gərginliyin aradan qaldırılması üçün danışıqları və diplomatiyanı dəstəkləyib, amma mövcud şərtlərdə bu, mümkün deyil.

"Bugünkü vəziyyət müzakirələrə uyğun deyil və bizim seçimimiz yalnız müqavimətdir,"- Ruhani deyib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/0y5ur5

Ən çox baxılan