Rüfət Səfərovun məhkəməsi başlayıb

Sabiq müstəntiqin işi ilə bağlı məhkəmə baxışı avqustun 8-nə təyin edilib

Source:


Sabiq müstəntiqin işi ilə bağlı məhkəmə baxışı avqustun 8-nə təyin edilib

İyulun 25-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərov barəsində açılan cinayət işi ilə bağlı hazırlıq iclası keçirilib. Bu barədə APA-ya R. Səfərovun vəkili Bəhruz Bayramov məlumat verib.

Vəkil bildirib ki, hakim Asim Hacıyevin sədrliyi ilə keçirilən iclasda məhkəmə baxışı avqustun 8-nə təyin edilib.

2016-cı il yanvarın 15-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə R. Səfərov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Yanvarın 22-də Binəqədi rayon Məhkəməsi sabiq müstəntiq barəsində seçilmiş həbs- qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib.

Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən R. Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun oğludur.

Ana səhifəXəbərlərRüfət Səfərovun məhkəməsi başlayıb