Rəsmi: Son sutkada ölkədə 138 nəfər virusa yoluxub

“Bugünkü test sayı isə 6133-dür”.

Source: Meydan TV


5 pasiyent vəfat edib

Fevralın 5-də Azərbaycanda 138 adam COVİD-19 infeksiyasına yoluxub, 329 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda 5 nəfərin vəfat etdiyi qeyd olunub.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 230 min 907 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:

“Onlardan 224 min 760 nəfər müalicə olunaraq sağalıb, 3153 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 2994 nəfərdir”.

Eyni zamanda, ötən müddətdə 2 milyon 439 min 718 testin aparıldığı xatırlanıb:

“Bugünkü test sayı isə 6133-dür”.

Ana səhifəSosialRəsmi: Son sutkada ölkədə 138 nəfər virusa yoluxub