Roqozin Rusiya-Azərbaycan hərbi-texniki əməkdaşlığının növbəti mərhələsini uzatdı

Source:

Dekabrın 17-də Rusiya baş nazirinin müavini Dmitri Roqozinin Azərbaycana səfəri prezident İlham Əliyevlə 2017-ci il üçün hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə etmək məqsədi daşıyırdı. Nə səfərdən əvvəl, nə də onun nəticələri ilə bağlı heç bir rəsmi məlumat verilməsə də, 2016-cı il üçün KİV-də açıq məlumatlar Rusiyanın Azərbaycandakı hərbi-texniki maraqlarını ortaya qoyur.

İlk növbədə, söhbət Azərbaycana Rusiya silahının ixracı haqqında yeni perspektivli müqavilənin bağlanmasından gedir. Hazırda qüvvədə olan, 2010-cu ildə bağlanmış 5 mlrd. dollar dəyərindəki müqavilə 2017-ci ildə müxtəlif növ taktiki silah partiyaları ilə yekunlaşır. İkinci yerdə Azərbaycanda helikopterlərin təmiri və müasirləşdirilməsi, habelə təyyarə yığılması və müasirləşdirilməsi üzrə zavodların tikintisi durur. Və nəhayət, hazırlanması yekun mərhələdə olan 10 ədəd MC-21 sərnişin təyyarələrinin ixracı üzrə üçüncü əhəmiyyətli müqaviləni fevralda bağlamaq planlaşdırılır.

Bu layihələrin həyata keçirilməsində bir sıra çətinliklər var, həm layihələrin özlərinin, həm də məhsul alışının maliyyələşdirilməsi problemi də onlar arasındadır. Hər iki tərəf hələ son həddinə çatmamış güclü maliyyə böhranı fazasındadır. Məsələn, Rusiya maliyyə çatışmazlığı ucbatından döyüş piyada maşınlarının ixracını bir il təxirə saldı və MC-21 buraxılması müddətini uzadır. Həm də Azərbaycanın tədarük edilmiş silahların keyfiyyəti ilə bağlı iradları var idi ki, bu da istehsalın kifayət qədər maliyyələşdirilməməsinin nəticəsidir. Öz növbəsində, 2017-ci il üçün hərbi büdcəsini dollarla ifadə etdikdə iki dəfəyə yaxın azaltmalı və maksimum qənaət rejiminə keçməli olan Azərbaycanın növbəti müqavilələri əvvəlki maliyyə həcmi ilə ödəməsi çətin olacaq.

Çox güman ki, birinci yerdə tərəflərin qarşılıqlı qəbul edilə bilən ilkin razılaşmalar əldə etdiyi gələcək layihələr üçün maliyyə axtarışı problemi dururdu. Roqozinin Rusiya istehlakçıları üçün kənd təsərrüfatı malları daşıyan 800-ə yaxın avtomaşının yığışdığı Rusiya-Azərbaycan sərhədində danışıqlardan sonra operativ olaraq gəlməsi buna dəlalət edir. Azərbaycan tərəfi dəfələrlə Rusiya gömrüyünün yaratdığı maneələr məsələsini qaldırıb. Və məsələ yalnız indi həllini tapdı. Ola bilər ki, Moskva sərhəd baryerindən Azərbaycan üçün danışıqlar prosesində arqument kimi istifadə edirdi. Bakıda müzakirələrdə Qarabağ probleminin, Yerevana “İsgəndər” raketlərinin ixracı məsələsinin də müzakirə olunduğu barədə nəticə çıxarmaq məntiqli olardı.

Bu mövzu son vaxtları tərəflərin müzakirələrində aktiv mərhələdə idi. Bakı yeni hərbi-texniki əməkdaşlıq çərçivəsində Moskvanın Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllində daha çox anlayışını görmək istərdi. Bu ilin yazında Azərbaycan və Ermənistan arasında üçgünlük aprel müharibəsindən sonra Roqozinin Dağlıq Qarabağda Azərbaycana silah ixracının qeyd-şərtsiz davam edəcəyi haqqında bəyanatı həmin vaxt Moskvanın Azərbaycan ordusunun addımlarını anlaması kimi başa düzülmüşdü. Bu o demək ola bilər ki, Roqozinin özü ilə apardığı hazırki razılaşmalar Moskvanın Qarabağ məsələsində Azərbaycanın mövqeyini başa düşməsi istiqamətində inkişaf edəcək.

Maraqlıdır ki, Rusiya baş nazir Benyamin Netanyahunun bu yaxınlarda Bakıya səfəri zamanı bəyan edilən Azərbaycanın İsraildən “Dəmir günbəz” RƏM sistemi almağa hazır olmasını heç cür şərh etməyib. Bu da İsrail və Rusiyanın Azərbaycana indiyədək paritet əsaslarla həyata keçirilən və üçgünlük aprel müharibəsinə cəlb olunan silahların ixracı məsələsində münaqişə etmədiyini göstərir. Bu isə həmçinin o demək olar bilər ki, hər iki ölkənin Azərbaycanın regiondakı roluna, habelə Qarabağ məsələsində Bakının maraqlarına yanaşması bənzədir.

Ana səhifəAnalitikaRoqozin Rusiya-Azərbaycan hərbi-texniki əməkdaşlığının növbəti mərhələsini uzatdı