Rohani: İran beynəlxalq xəbərdarlığa baxmayaraq uranın zənginləşdirilməsini artırmağa hazırdır

“Biz bu öhdəliyimizi nəyin bahasına olursa olsun kənara qoyuruq. Biz 3.67-in üstünə çıxacağıq,” – Rohani dövlət televiziyası IRIB-ə bildirib.

Source:


''Digər tərəfdaşlar müqavilə əsasında İranla ticarəti qorumayacaqlarsa, İran Arakda yerləşən ağır su tədqiqat reaktorunu bərpa etməyə başlayacaq''

“İran iyulun 7-dən etibarən uran zənginləşdirməsini 2015-ci il nüvə razılaşması çərçivəsində təyin olunmuş konsentrasiya limitindən kənara çıxaraq istədiyi qədər artıracaq,” – Prezident Həsən Rohani deyib.

Azadlıq Radiosu xəbər verir ki, dünya dövlətlərinin razılaşmaya tabe olmasıyla bağlı İrana çağırışlarına etinasız yanaşan Rohani iyulun 3-də bildirib ki, Tehran uranın zənginləşdirilməsini müqavilədə qeyd edilmiş 3.67 faiz səviyyədən daha da artıracaq.

"Biz bu öhdəliyimizi nəyin bahasına olursa olsun kənara qoyuruq. Biz 3.67-in üstünə çıxacağıq," – Rohani dövlət televiziyası IRIB-ə bildirib.

May ayında Rohani İranın iqtisadiyyatını Vaşinqtonun sanksiyalarından qorumaq üçün nüvə razılaşmasının tərəflərinə 60 gün müddətinə vaxt vermişdi. Bu tarix 7 iyulda bitir. ABŞ nüvə razılaşmasından bir il əvvəl çıxıb.

Beynəlxalq Atom Enerjisi Agentliyi bu həftənin əvvəlində qeyd edib ki, İran nüvə razılaşması ilə icazə veriləndən daha az zənginləşdirilmiş uranı bir araya yığdığını təsdiqləyib. Bu bəyanatdan sonra ABŞ prezidenti Donald Tramp İranı "odla oynamaqda" qınayıb.

Müqavilənin Avropa tərəfdaşları – Almaniya, İngiltərə və Fransa – Tehranı "nüvə razılaşmasına zərbə vuran əməllərdən çəkinməyə" çağırıb.

"Biz aydın şəkildə ifadə etmişik ki, razılaşmaya bağlılığımız İranın müqaviləyə tam uymasından asılıdır," – üç ölkənin xarici işlər nazirləri və Avropa Birliyi xarici siyasət başçısı ortaq bəyanatla çıxış edib.

Çin və Rusiya nüvə razılaşmasının digər tərəfdaşlarıdır.

İran rəsmiləri müqavilənin tərəfdaşlarının İranın neft və bank sənayesinə ABŞ sanksiyalarının təsirini azaltmaqda müvəffəq olmadığını deyib.

Avropa ölkələri bildirib ki, müqavilənin hər hansı bir şəkildə pozulması ağır nəticələrə gətirib çıxara bilər. Ancaq nəticələrin dəqiq nə ola biləcəyini söyləməyiblər.

İyulun 3-də Rohani bildirib ki, əgər digər tərəfdaşlar müqavilə əsasında İranla ticarəti qorumayacaqlarsa, İran həmçinin nüvə razılaşması çərçivəsində istifadəyə verilmiş Arakda yerləşən ağır su tədqiqat reaktorunu bərpa etməyə başlayacaq.

Zənginləşdirilmiş uran reaktorun yanacağı üçün istifadə olunur, lakin potensial olaraq nüvə silahı istehsal etmək üçün istifadə edilə bilər.

Bu razılaşmadan əvvəl İran zənginləşdirilmiş uranın səviyyəsini 20 faizə çatdırmışdı. Bu silah istehsalı üçün kifayət edəcək rəqəm hesab edilir.

Bu, yenidən nəzərə alınmazsa, Arak reaktoru nüvə bombasını istehsalı üçün gərəkli oluna plutoniumu istehsal edə bilər.

2015-ci il müqaviləsi İranın bu cür silahları istehsalından yayındırmaq üçün imzalanmışdı. İran təkid edir ki, ölkənin nüvə proqramı sivil məqsədlərə xidmət edir.

Ana səhifəDünyaRohani: İran beynəlxalq xəbərdarlığa baxmayaraq uranın zənginləşdirilməsini artırmağa hazırdır