Rohani: İran ABŞ-la danışıqlara getməyəcək

Rohani ölkəsinin “heç vaxt nüvə silahı istəmədiyini” təkrarlayıb və deyib ki, “maraqlarımız təmin edilmədiyi təqdirdə 2015-ci il müqaviləsindəki öhdəliklərimizdən imtina edəcəyik”.

Source:


İran Prezidenti ölkəsinı qarşı sanksiyaların ləğvini istəyib

İran Prezidenti Həsən Rohani bildirib ki, Vaşinqtonun Tehrana tətbiq etdiyi bütün sanksiyalar ləğv edilməyənə qədər İran ABŞ-la danışıqlara getməyəcək, – RFE/RL xəbər verir.

Rohani avqustun 27-də dövlət televiziyasında canlı yayında çıxış edərkən deyib ki, İran danışıqlara hazırdır, lakin öncə ABŞ İrana qarşı tətbiq etdiyi bütün qanunsuz və ədalətsiz sanksiyaları qaldırmalıdır. Bundan öncə ABŞ Prezidenti Donald Tramp Rohaniylə düzgün şərtlərdə danışıqlara açıq olduğunu bildirmişdi.

Rohani ölkəsinin “heç vaxt nüvə silahı istəmədiyini” təkrarlayıb və deyib ki, “maraqlarımız təmin edilmədiyi təqdirdə 2015-ci il müqaviləsindəki öhdəliklərimizdən imtina edəcəyik”.

İran və ABŞ arasındakı gərginlik Vaşinqtonun keçən il Tehran və dünya gücləri arasında imzalanmış nüvə sazişindən çıxmasından bəri artmaqdadır. Vaşinqton İran iqtisadiyyatına qarşı sanksiyalar tətbiq edib. Fransa, İngiltərə və Almaniya da daxil olmaqla sazişin digər tərəfləri razılaşmaya sadiq qalırlar.

İran sazişdə qeyd edilən öhdəliklərini artıq azaltmağa başlayıb.

Avqustun 26-da Fransada G7 sammitinin bağlanışında çıxış edən Tramp Rohaniylə görüşməyə razılıq verəcəyini söyləyib. O qeyd edib ki, “şərtlət düzgün və ya doğru olsa” Rohaniylə görüş baş tutacaq. O həmçinin deyib ki, İranla yeni nüvə razılaşması imzalanmasına dair pozitivdir və “yaxşı hisslərə” sahibdir.

“Heç bir nüvə silahı, ballistik raket istəmirik. Çox sadə,”- ABŞ prezidenti deyib.

Tramp Fransa Prezidenti Emmanuel Makronın bir sıra diplomatik təşəbbüslərindən sonra bir neçə həftə ərzində Rohani ilə görüşə biləcəyinin real olduğuna inandığını söyləyib.

Ana səhifəDünyaRohani: İran ABŞ-la danışıqlara getməyəcək