Rio-2016: Azərbaycan 207 ölkə arasında 39-cu olub

Azərbaycanın Olimpiya yığması 1 qızıl, 7 gümüş və 10 bürünc medal qazanıb. Bununla da milli yığma bu nəticə ilə qızıl medala görə mükafat qazanan ölkələr arasında 39-cu pillədə, ümumi medal qazanma mükafatı arasında 15-ci yerdə qərarlaşıb.

Source:


Azərbaycanın Olimpiya yığması 1 qızıl, 7 gümüş və 10 bürünc medal qazanıb

Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunları başa çatıb.

Azərbaycan yığması bu nəticə ilə qızıl medala görə mükafat qazanan ölkələr arasında 39-cu pillədə, ümumi medal qazanma mükafatı arasında 15-ci yerdə qərarlaşıb. Qızıl medala görə təfsilat cədvəlinə görə Azərbaycan sabiq SSRİ ölkələri sırasında Rusiya, Özbəkistan, Qazaxıstan, Ukrayna və Gürcüstandan geri qalıb.

Cənubi Amerikaya 56 idmançı ilə yollanan Azərbaycanın Olimpiya yığması 1 qızıl, 7 gümüş və 10 bürünc medal qazanıb.

“Apasport.az”ın məlumatına görə, 17 gün davam edən mübarizənin yekununda 28 növdə fəxri kürsüyə yüksələnlərin adına aydınlıq gəlib və 307 qızıl, 307 gümüş və 361 bürünc mükafatçı müəyyənləşib.

Siyahıya əsasən1-ci yerdə ABŞ qərarlaşıb. ABŞ idmançıları 46 qızıl, 37 gümüş və 38 bürünc medal qazanmaqla, həm qızıl həm də ümumi medal sayında bütün ölkələri qabaqlayıb. Böyük üstünlüklə birinci olan amerikalılar ən yaxın izləyicisi Böyük Britaniyanı 54 medal geridə qoyublar. İlk “üçlüy”ü isə Çin qapayıb.

Azərbaycan millisinin heyətində taekvondoçu Radik İsayev (+80 kq) birinci, cüdoçular Rüstəm Orucovla (73 kq), Elmar Qasımov (100 kq), güləşçilər Toğrul Əsgərov (65 kq), Xexaq Qazyumovla (97 kq), Mariya Stadnik (48 kq), boksçu Lorenzo Sotomayor (64 kq), kanoeçi Valentin Demyanenko (200 m) ikinci, taekvondoçular Patimat Abakarova (49 kq) ilə Milad Beiqi Harçeqani (80 kq), boksçu Kamran Şahsuvarlı (75 kq), güləşçilər Rəsul Çunayev (66 kq), Sabah Şəriəti (130 kq), Nataliya Sinişin (53 kq), Hacı Əliyev (57 kq), Cəbrayıl Həsənov (74 kq), Şərif Şərifov (86 kq), kayakçı İnna Osipenko-Radomskaya (200 m) isə üçüncü yeri tutub.

Azərbaycan komandası London-2012 ilə müqayisədə medal əyarını yaxşılaşdıra bilməsə də, mükafat sayında və medal qazanılan idman növlərinin sayında rekord müəyyənləşdirib. Əgər 4 il öncə Böyük Britaniyada 10 mükafatı (2-2-6) 3 idman növündə əldə etmişdisə, bu dəfə 18 medal 5 idman növündə qazanılıb. Boks, taekvondo və kanoe və kayakda Azərbaycan ilk dəfə fəxri kürsüdə yer alıb.

Ümumilikdə, 207 ölkədən 87-si qazanıbsa, onlardan 59-u çempionluq sevinci yaşayıb.

Ana səhifəXəbərlərRio-2016: Azərbaycan 207 ölkə arasında 39-cu olub