Riçard Hoqland: Hərbi ritorikadan istifadə bəyanatları daxili ictimaiyyətə yönəlib

”Rusiya tarixin indiki anında aparıcı rolu öz üzərinə götürüb”

Source:


”Rusiya tarixin indiki anında aparıcı rolu öz üzərinə götürüb”

Martın 11-də amerikalı həmsədr Riçard Hoqland Amerika Mərkəzində mətbuat konfransı keçirib. Diplomat həmkarlarıyla prezident İlham Əliyevlə “çox əhəmiyyətli görüş keçirdik”lərini xatırladaraq deyib ki, onların əsas mesajı tərəflərin yüksək səviyyədə danışıqlar masasına qayıtmasının vacibliyi olub.

“Biz 2016-cı ilin aprel döyüşlərinin bir ilinin cəbhədə yox, danışıqlar masası arxasında qeyd olunmasını vurğuladıq” deyən Riçard Hoqland bildirib ki, Minsk qrupunun həmsədr dövlətləri Dağlıq Qarabağ münaqişəsinin hərbi həllinin mümkün olmadığını hesab edir. Bu mesajı həmsədrlər gələn həftə Ermənistan rəhbərlərinə də çatdıracaq”.

O, prezidentlərin yaxın zamanlarda yüksək səviyyəli görüşünə ümid etdiyini də bildirib:

“Amma, hazırda dəqiq tarix barədə bir söz deyə bilməyəcəm. Rusiya tarixin indiki anında aparıcı rolu öz üzərinə götürüb. Biz həm də çox şadıq ki, həmsədr dövlətlər vahid mövqedən çıxış edir”.

Riçard Hoqland 25 il ərzində münaqişənin diplomatik həll yolu tapılmadığı haqda fikri bölüşsə də, hesab edib ki, amma diplomatik fəaliyyətlər nəticəsində faciəvi zorakılıqların qarşısı alınıb. Diplomatik fəaliyyətin nəticəsi hər iki tərəfi qane edən həll yolunun tapılmasından ibarətdir. Həmsədr dövlətlər bundan sonra da diplomatik fəaliyyətlərini davam etdirəcək. Çalışacaqlar ki, elə vaxt çatsın ki, tərəflərə faydalı nəticələr əldə edilsin.

Rusiyanın fəallığına gəlincə, diplomat bildirib ki, tarixin müxtəlif zamanlarında həmsədr ölkələr vaxtaşırı aparıcı rol oynayıb:

“Yadıma gəlir, vaxtilə Amerika aparıcı rol oynayırdı, dövlət katibi Kolin Pauell bəynatlar verirdi. Sonra bu rol Fransaya keçdi. İndi isə Rusiya xarici işlər naziri Sergey Lavrov bəyanatlar verir, Rusiya prezidenti münasibət bildirir. Bununla yanaşı, Rusiya da daxil olmaqla, hər üç dövlət diplomatik fəaliyyətin vacibliyini vurğulayır. Mən tam aydın başa düşürəm ki, reallıq olan odur ki, problem çox mürəkkəbdir və müxtəlif layları var”.

Diplomat Ermənistanın münaqişənin həllində siyasi iradəsinin davamlı olub-olmaması barədə suala belə cavab verib:

“Ermənistan rəhbərliyinin Dağlıq Qarabaş münaqişəsinin nizamlanması ilə bağlı siyasi iradəsini gələn həftə sınaqdan çıxaracağıq”.

O, hər iki tərəfin hərbi ritorikadan istifadə etdiyini vurğulayıb və “Bu kimi bəyanatlar daxili ictimaiyyətə yönəlib”,- deyə əlavə edib.

Ana səhifəXəbərlərRiçard Hoqland: Hərbi ritorikadan istifadə bəyanatları daxili ictimaiyyətə yönəlib