Rəsulzadənin sürgünlərdə məhv olan ailəsi

Azərbaycan Cümhuriyyətinin banisi M.Ə.Rəsulzadənin analığı Maral xanım 1937-ci ildə oğlunun fəaliyyətinə görə həbs olunub. O, Stalini nəzərdə tutaraq onu həbs edənlərə deyirdi: “Gedin o bığlı oğlana deyin ki, Maral arvadı həbs etmişik. O adamı həbs etmişik ki, onun evində sən neçə dəfə çörək yemisən”. (qadın səsi) 28 gün qatarda sürgünə gedən Maral xanım yolda çörək yemir və sürgün olunduğu Qazaxıstanda acından ölür.

Ümbülbanu xanım Məmməd Əmin Rəsulzadənin həyat yoldaşı idi. 1937-ci ildə əvvəlcə oğlu Rəsulu, sonra da gəlib özünü və qalan uşaqlarını həbs etdilər.

Rəsulzadənin oğlu Azər anası, bacısı və özünün həbsxanaya aparılmasından danışır: “Əvvəl istədilər ki, hamımızı çoxlu kişilər olan kameraya doldursunlar, lakin bacım Xalidə etiraz etdi, qışqırıb hay-küy qopardı…”

Rəsulzadənin xanımı Ümbülbanunu istintaqa çəkildi.

Nəyə görə ərinizlə yazışmağa son qoydunuz? (başqasının səsi olsun burada)

Ümbülbanu – Yazdığı məktublarda həyat yoldaşım uşaqlardan narahat olduğunu bildirirdi və uşaqları təhlükədə qoymamaq üçün biz onunla məktublaşmamağı qərara aldıq. ( qadın səsi)

Bu sorğu-sualdan sonra Ümbül Banu xanım uşaqları ilə birlikdə Qazaxıstana sürgünə göndərildi.

O, sürgünə göndəriləndə ürəyi Bakıda- həbsxanada işgəncə çəkən oğlu Rəsulun yanında qalır. Qazaxıstanda “Rəsul” deyə-deyə 51 yaşında dünyaya gözlərin yumur.

Rəsulzadənin ilk övladı Lətifə olub. Atası ilə son dəfə görüşüb ayrılanda 8 yaşı vardı.

Lətifə evli və 3 qız anası idi. Əvvəl həyat yoldaşını, sonra da özünü və uşaqlarını həbs etdilər. Lətifə iki qızı ilə birlikdə Qazaxıstana sürgünə göndərildi. Balaca qızı Sona uşaq sanatoriyasında olduğuna görə onu götürə bilmədilər. Amma qızın sonrakı taleyindən bu günə kimi də məlumat əldə olunmayıb. O, 1944-cü ilin soyuq yanvar gecəsində qızı ilə birlikdə həyata gözlərin yumub. O biri qızı yuxudan duranda anası ilə bacısını ölmüş görüb.

Rəsulzadənin kiçik qızı Xalidə itkin düşüb. Xalidəni də ailəsi ilə birlikdə Qazaxıstana sürgünə göndərdilər. 1940-cı ildə anası dünyadan köçəndən sonra 24 yaşında ikən Bakıya qaçdı. Bakıya gəlib çatdı, amma itkin düşdü. İndiyə kimi onun haqqında heç bir məlumat yoxdur.

Rəsulzadənin oğlu Rəsulu 19 yaşında, 1938-ci il martın 1-də güllələdilər.

Rəsulzadə ölkədən çıxarkən son olaraq iki aylıq oğlu Azəri qucağına alır və bir daha onu görmür.

1924-cü ildə M.Ə.Rəsulzadənin Ceyhun Hacıbəyli ilə məktublaşmalarında ailəsini yanına gətirmək üçün çalışdığını, amma buna müvəffəq olmadığını yazırdı.

Rəsulzadə həyatının ardını polyaq qadın Vanda (Leyla) ilə ailə quraraq yaşayır.

Rəsulzadənin övladlarından yalnız Azər Azərbaycanın müstəqilliyini görür.

Ana səhifəVideoRəsulzadənin sürgünlərdə məhv olan ailəsi