Rəsul Cəfərovun işi üzrə istintaq yekunlaşıb

İrəli sürülən ittihamlar üzrə o, 12 ilədək azadlıqdan məhrum edilə bilər

Source:


İrəli sürülən ittihamlar üzrə o, 12 ilədək azadlıqdan məhrum edilə bilər

Hüquq müdafiəçisi Rəsul Cəfərovun işi üzrə ibtidai istintaq başa çatıb. Bu barədə hüquqşünas Günay İsmayılova öz Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, yaxın günlərdə Rəsul Cəfərov ittiham aktı ilə tanış olacaq.

Xatırladaq ki, Rəsul Cəfərov bir neçə QHT-yə qarşı ümumi cinayət işi üzrə cəlb edilib. Lakin hazırda onun işi ayrı icraata ayrılıb və Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.

Ötən həftənin sonlarında istintaq Rəsul Cəfərova qarşı Azərbaycan CM-in 313 və 179.3.2-ci maddələri ilə yeni vəzifə saxtakarlığı və mənimsəmə ittihamları irəli sürülüb. Bu ittihamlar üzrə o, 12 ilədək azadlıqdan məhrum edilə bilər.

“Demokratiya naminə incəsənət” hüquq müdafiə kampaniyasının əlaqələndiricisi Rəsul Cəfərov avqustun 2-də qanunsuz sahibkarlıq, vergi ödənişindən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə həbs edilib. Oktyabrın 23-də onun həbs müddəti 3 ay uzadılıb. Amnesty İnternational Cəfərovu “vicdan məhbusu” kimi tanıyıb.

Ana səhifəXəbərlərRəsul Cəfərovun işi üzrə istintaq yekunlaşıb