Rəsul Cəfərovun Human Rights Tulip mükafatına namizədliyi irəli sürülüb

Mükafatı 2007-ci ildə Niderland XİN tərəfindən təsis edilib, təqdimat mərasimi dekabrın 9-da Haaqada olacaq

Source:


Mükafatı 2007-ci ildə Niderland XİN tərəfindən təsis edilib, təqdimat mərasimi dekabrın 9-da Haaqada olacaq

Həbsdə olan azərbaycanlı hüquq müdafiəçisi Rəsul Cəfərovun beynəlxalq Human Rights Tulip mükafatına namizədliyi irəli sürülüb.

“2012-ci ilin dekabrında R.Cəfərov “Demokratiya naminə incəsənət” kampaniyasını təşkil edib. Kampaniya incəsənət vasitəsilə gəncləri ədalətin müdafiəsinə çağırır”, – təşkilatın məlumatında belə deyilir.

R.Cəfərovla yanaşı müxtəlif ölkələrdən 29 nəfər mükafatı almaq üçün təqdim edilib. Qalib seçimi bir neçə mərhələdə keçirilir. Birinci mərhələdə İnternet istifadəçiləri bəyəndikləri namizədə səs verirlər. Sonra müstəqil Münsiflər Heyəti öz seçimini edir. Yekun qərar Niderland XİN tərəfindən qəbul edilir. İctimai səsvermə oktyabrın 10-dək keçirilir.

Human Rights Tulip mükafatı 2007-ci ildə Niderland XİN tərəfindən təsis edilib. Mükafat hər il insan haqları uğrunda aparan hüquq müdafiəçilərinə və ya təşkilatlara verilir.

Mükafatın verilməsi mərasimi dekabrın 9-da Haaqada olacaq.


* Rəsul Cəfərov avqustun 2-də həbs olunub. O, qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifaddəə ittiham olunur.


Amnesty Internattional


onu “vicdan məhbusu” kimi tanıyıb.

Ana səhifəXəbərlərRəsul Cəfərovun Human Rights Tulip mükafatına namizədliyi irəli sürülüb