Aksiyanı Avropada təhsil alan bir qrup tələbə keçirib
Qaynar.info xəbər verir ki, əyinlərinə Rəsul Cəfərovun şəkili olan köynək geyinən gənclər Azərbaycan hakimiyyətindən Rəsul Cəfərovu azadlığa buraxılmasını tələb ediblər.
R.Cəfərov ötən il avqustun 2-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb.
Beynəlxalq hüquq-müdafiə təşkilatı «Amnesty International» Rəsul Cəfərovu «vicdan məhbusu» kimi tanıyıb.
Rəsul Cəfərov 6 il 6 ay azadlıqdan məhrum edilib.